9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Güləşçimiz erməniyə qalib gəldi

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın 7-ci günündə Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

60 kq çəkidə Murad Məmmədov təsnifat mərhələsində qırğızıstanlı Kali Süleymanova uduzub - 1:8

Yarışa 1/16 finaldan başlayan Kamran Məmmədov (67 kq) ermənistanlı Karen Aslanyanla üz-üzə gəlib. Görüş 2:2 hesabı ilə başa çatıb. Güləşçimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. O, 1/8 finalda ukraynalı Denis Demyanko ilə qarşılaşacaq.

87 kq çəkidə isə İslam Abbasov 1/16 finalda yamaykalı Lesyan Kusin Otomu ilə qüvvəsini sınayıb. 5:2 hesabı ilə qalib gələn idmançımız 1/8 finalda yunanıstanlı Dimitrios Tsekeridislə üz-üzə gələcək.

Qeyd edək ki, ötən gün finala yüksələn Eldəniz Əzizli bu gün həlledici görüşdə qazaxıstanlı Jolaman Şarşenbekovla qarşılaşacaq. Rəsul Çunayev isə bu gün bürünc medal uğrunda rusiyalı Əbuyazid Mançiqovla güləşəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30