8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

IX “Baku Open”dən öncə Rafael Ağayev seminar təşkil edəcək

28-30 sentyabr tarixlərində ənənəvi "Baku Open" beynəlxalq karate turniri keçiriləcək.

Futbolxeber.az saytına Azərbaycan Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmovun verdiyi məlumata görə, 9-cu dəfə təşkil edilən yarış keçmiş Sovet Sosialist respublikaları İttifaqında karatenin yaranmasının 40 illik yubileyinə həsr olunur. Turnirə keçmiş SSRİ-nin müxtəlif respublikalarından tanınmış veteran karate ustaları həm dəvət olunacaq, həm də iştirak edəcəklər.

Bakı idman sarayında yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar mübarizə aparacaq. Təntənəli açılış mərasimi 29 sentyabr saat 17:00-da başlanacaq.

SSRİ-də karatenini yaranmasının 40 illik yubileyinə həsr olunmuş 9-cu beynəlxalq "Baku Open" turnirindən bir gün əvvəl, 27 sentyabrda beş qat dünya və on iki dəfə avropa çempionu, dünyanın ən titullu karteçisi Rafael Ağayevin seminarı təşkil ediləcək.

Seminar Bakı İdman Sarayında, saat 18:00-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30