9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Digər idman növləri

Böyük Britaniya millisinin Bakıya gələcək heyəti açıqlandı

Böyük Britaniyanın cüdo üzrə milli komandasının sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, yığmanın tərkibinə 14 cüdoçu daxil edilib. Onlardan 3-ü kişilər, 9-u qadınların fərdi yarışına qatılacaq. Daha 2 kişi cüdoçu isə bu idmançılarla birgə qarışıq yarışlarda iştirak üçün nəzərdə tutulub.

Komanda üzvləri arasında 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı Denni Uilyams, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Selli Konvey, həmçinin 2017-ci ildə Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatının bürünc mükafatçıları Nekoda Smit-Devis və Natali Pauell də var.

29 yaşlı Denni Uilyams 2011-ci ildən sonra ilk dəfə dünya çempionatında çıxış edəcək. Çelsi Gilz, Keti Cemima Yits-Braun və Uesli Qrinic isə özlərinin ilk dünya çempionatında mübarizə aparacaq.

Böyük Britaniya yığmasının heyəti:

Kişilər: Eşli Makkenzi (60 kq), Stüart Makvot (81 kq), Maks Stüart (90 kq)

Qadınlar: Çelsi Gilz (52 kq), Nekoda Smit-Devis (57kq), Alis Şlezinger, Emi Livsi (hər ikisi 63 kq), Selli Konvey, Cemma Hauell (hər ikisi 70 kq), Natali Pauell, Keti Cemima Yits-Braun (hər ikisi 78kq), Sara Adlinqton (+78 kq)

Qarışıq

Kişilər: Denni Uilyams (73 kq), Uesli Qrinic (+90 kq)

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçiriləcək dünya çempionatına sentyabrın 27-də yekun vurulacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30