9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

David Lappartyen: “Azərbaycan prezidenti İlham Əliyevə minnətdaram”

“Prezident İlham Əliyevlə görüşmək mənim üçün çox böyük şərəfdir. Ölkənizdə idmanın bütün növləri kimi, velosiped idmanının da inkişafına göstərilən yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdaram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri BMX üzrə dünya çempionatı ilə əlaqədar Bakıda olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartyen jurnalistlərə müsahibəsində deyib.

Ölkəmizə səfərə gələrkən ilk növbədə dünya çempionatının keçirildiyi Bakı Veloparkına baş çəkdiyini vurğulayan David Lappartyen bildirib: “Nəinki Veloparkın ərazisi, ümumiyyətlə burada yaradılmış yüksək şərait, xoş atmosfer məndə çox böyük təəssürat oyatdı. Mən 2015-ci ildə ilk Avropa Oyunları zamanı burada olmuşam. O vaxtdan bu günədək trek yenidən qurulub, səviyyəsi artırılıb. Bu, bizi çox sevindirir. Bu il BMX üzrə dünya çempionatında 43 ölkədən 1500-dən çox idmançının iştirak etməsi bu idman tədbirinin uğurunun göstəricisidir. Biz dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik. Məşqçilər, idmançılar və onların valideynləri ilə söhbətlərimizdə çempionatın yüksək səviyyədə təşkil edildiyini bildirildi”.

Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti kimi 2017-ci ilin sentyabrında fəaliyyətə başladığını vurğulayan David Lappartyen bildirib: “UCI-nin prezidenti seçildikdən sonra bir sıra mühüm tədbirlər həyata keçirmişik. İlk növbədə, milli federasiyalara dəstək göstərməyə çalışırıq. Əsas məqsədimiz bütün ölkələrdə velosiped idmanının inkişafına nail olmaqdır. Buna görə bütün ölkələri bu prosesə cəlb edəcəyik. Biz dopinqə və digər mənfi hallara qarşı amansız mübarizə aparmaqda davam edəcəyik. Əsas məqsədlərimizdən biri də velosiped idmanını əsrin idman növünə çevirməkdir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30