28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Dünya çempionatına dəstək yarışı başa çatdı

İyunun 5-9-da Bakıda keçiriləcək BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında təşkil olunan ümumrespublika velosiped yarışları başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, yarış Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə keçirilib.

Rayondaxili mərhələlərdən sonra finala vəsiqə qazanan 18 komandanın 13-ü paytaxt Bakını, 5-i isə Sumqayıt, Gəncə, İsmayıllı, Mingəçevir və Zaqatalanı təmsil edib. Veloparkda təşkil olunan həlledici mərhələdə iştirakçılar estafet sistemi üzrə komanda şəklində yarışıblar.

Maraqlı mübarizə Xəzər rayonu 26 saylı orta məktəbin komandasının qələbəsilə başa çatıb. 2-ci yerə Qaradağ rayonu 319 saylı, 3-cü yerə isə Xətai rayonu 29 saylı orta məktəbin komandası layiq görülüb. Qaliblər kubok, diplom və “İsma” velosipedləri ilə təltif edilib. Mükafatları Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov və Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov təqdim edib.

Qeyd edək ki, velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirində ümumilikdə 570 komandanın tərkibində 4000-ə yaxın məktəbli iştirak edib. Kütləvi idman tədbirinin keçirilməsində əsas məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan marağını artırmaq və məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31