10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Digər idman növləri

“Synergy Baku”dan Mərakeşdə uğurlu gün

Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Mərakeş Turunda çıxış edir.

Futbolxeber.az saytının məlumatına görə, 10 günlük yarışın 4-cü mərhələsi komandamızın uğurlu nəticəsi ilə yadda qalıb.

Yarışın ən ağır dağ mərhələsi hesab edilən 193 km-lik 4-cü günündə Azərbaycanın Elit yığma komandasının üzvü Samir Cəbrayılov dağ finişlərində hamıdan yaxşı çıxış edib. Bununla da velosipedçimiz Mərakeş Turunun ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan xüsusi köynəyi ələ keçirib və 5-ci mərhələyə bu köynəklə başlayacaq.

4-cü mərhələ həmçinin Azərbaycanın Elit yığmasının digər üzvü Kiril Pozdnyakovun 193 km məsafəni 3-cü sırada tamamlaması ilə yadda qalıb. Finişi 4 nəfərlik qrupda başa vuran təmsilçimiz 4 saat, 39 dəqiqə, 59 saniyə nəticə göstərib və yalnız fotofinişə əsasən 3-cü olub. Bununla da Pozdnyakov ümumi təsnifatda 13 pillə irəliləməklə 3-cü yerə yüksəlib və hazırda yarış liderindən 34 saniyə geri qalır.

Veloturun 5-ci mərhələsində iştirakçılar 142,8 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” bu yarışda Samir Cəbrayılov, Elçin Əsədov, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Ənvər Asanov və Elgün Əlizadə ilə təmsil olunur.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30