10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Digər idman növləri

Şəhriyar Məmmədyarov İddiaçılar Turnirinə favorit kimi başlayacaq

Beynəlxalq Şahmat Federasiyası (FİDE) növbəti reytinq siyahısını açıqlayıb.
 
Futbolxeber.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov xallarının 2814-dən 2809-a enməsinə baxmayaraq, ikinci sıradakı mövqeyini qoruyub.
 
Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır.
 
Bu isə o deməkdir ki, Ş.Məmmədyarov martın 10-da Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq. Çünki bu turnirin qalibi dünya çempionluğu uğrunda görüşdə məhz Karlsenlə üz-üzə gələcək. 
 
Azərbaycanın digər təmsilçilərinə gəldikdə, Teymur Rəcəbov 2748 xalla 18-ci pillədə qalıb. Bir pillə irəliləyən Rauf Məmmədov 2709 xalla 39-cudur. Dörd sıra geriləyən Arkadi Naydiç isə 2701 xalla 45-cidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30