29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Ağcabədi taekvondoçularının uğuru

Bu günlərdə Qəbələ şəhərində taekvondo üzrə açıq beynəlxalq turnir keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, üç gün davam edən sözügedən mötəbər beynəlxalq yarışda Türkiyə, İraq, Rusiya və Gürcüstandan, eləcə də respublikamızın bütün müvafiq klublarından, rayonlarından olan komandaların 600-dən çox idmançısı iştirak edib. Turnirdə Ağcabədinin taekvondo komandası da uğurla çıxış edib. Komandanın gənc məşqçisi, dəfələrlə taekvondo üzrə respublika çempionatlarının mükafatçısı, ikinci danqara kəmər ustası Cəlil Abdullayevin dediklərinə görə, yarışlara qatılan 12 idmançıdan 2 nəfəri qızıl, 2 nəfəri isə bürünc medal qazanıb.

Komandanın üzvləri - Oruc İsmayılov 44, Kənan Əliyev 24 kq çəki dərəcəsində fəxri kürsünün birinci pilləsinə yüksəliblər. Digər idmançılardan Amin Qurbanov 30, Səfər Behbudzadə isə 21 kq çəki dərəcəsində 3-cü nəticə göstəriblər. Yarışların sonunda qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr təqdim edilib. Öz yetirmələrindən daha yüksək nəticələr gözlədiyini vurğulayan C.Abdullayev onların gələcək yarışlara ciddi hazırlaşdıqlarını, bununla əlaqədar təlim-məşq toplanışına start verildiyini dilə gətirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31