9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Millimiz Rusiyanı məğlub edib lider oldu

Dünən Yunanıstanın Krit adasında şahmat üzrə komandalararası Avropa çempionatının 8-ci turun qarşılaşmaları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, qitə birinciliyinin səkkizinci turunda kişilərdən ibarət yığmamız Rusiya, xanım şahmatçılarımız isə Fransa millisi ilə qarşılaşıblar.

Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun qələbəsi millimizə güclü rəqib üzərində mühüm qələbə qazandırıb.

Rusiya - Azərbaycan 1:3

1. Aleksandr Qrişuk (2785) - Şəhriyar Məmmədyarov (2791) - 0:1

2. Yan Nepomnyatç (2733) -Teymur Rəcəbov (2741) - 0:1

3. Maksim Matlakov (2730) - Arkadi Naydiç (2702) - 1:0

4. Daniil Dubov (2677) - Rauf Məmmədov (2678) - 0:1

Bu qələbə sayəsində Azərbaycan yığması liderliyi ruslardan təhvil alıb. Sona 1 tur qalmış Azərbaycan yığması 13 xalla liderdir. İkinci olan Rusiya və üçüncü Ukraynanın 12 xalı var.

Qadınlar yığmamız da Fransadan güclü olub.

Fransa - Azərbaycan - 1:3

1. Marie Sebaq (2495) - Günay Məmmədzadə (2393) - 0.5:0.5

2. Almira Skripçenko (2399) - Zeynəb Məmmədyarova (2298) - 0:1

3. Silvia Kollas (2288) - Fətəliyeva Ülviyyə (2348) - 0:1

4. Paulino Quşar (2285) - Gülnar Məmmədova (2385) - 0.5:0.5

Qeyd edək ki, qadınlardan ibarət yığmamız 9 xalla 10-cu pillədə qərarlaşıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30