9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Valeriya Məmmədova: "Avropa çempionu olmağa çox yaxşı şansımız var"

Voleybol üzəri qadınlardan ibarət yığmamızın liberosu Valeriya Məmmədova Almaniya yığmasıyla Avropa çempionatının 1/4 final qarşılaşmaısndan sonra brifinq keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, Valeriya öncə yarımfinala çıxmaq təəssüratlarını bölüşüb. 
 
- Sevinirik ki, Avropa çempionatının yarımfinalına vəsiqə qazandıq. Artıq qitənin 4 ən güclü komandasınan biriyik. Buna 2005-ci ildə də nail olmuşduq. Həmin vaxt da komandada idim və nostalji hissləəri keçirirəm. 
 
- Almaniyayla ilk oyunla müqayisədə bu dəfə daha asan qalib gəldiniz. Bunun səbəbi nə idi?
 
- Rəqibin taktikasıı yaxşı təhlil etdik, buna uyğun oyunumuzu qurduq. Bu, finala gedən yolda həlledici matç idi və onlara heç bir şans vermək olmazdı. Almaniya yığmaıs çox yaxşı komandası və onları dərhal dayandırmaq lazım idi. Bu, bizə nə qədər çətin olsa da, reallaşması üçün hər şey etdik və məqədimizə çatdıq. 
 
- Finala çıxmaq üçün dəf etməli olduğunuz Hollandiya yığmasını necə dəyərləndirərdiniz?
 
- Bəli, indi bizi yarımfinalda bu rəqiblə sınaq gözləyir. Fikrimcə, Hollandiya millisi hazırda ən yaxşı formadadı və çox maraqlı oyun olacaq. Bütün azarkeşlərimizdən matçımıza gəlib bizi dəstəkləmələrini rica edirəm. Bu, bizim üçün vacibdi. Həlledici matçlarda sizin dəstəyinizi hiss etməliyik. Onların köməyi ilə ölkəyə medal qazandırarıq.
 
- Hollandiya yığmasının əsas blokçusu zədələnib. Bunu üstünlük saymaq olarmı?
 
- Düşünürən ki, holandlarla bütün oyunçular yaxşıdırlar. Ona görə hər biri digərini əvəzləyə bilər. Rəqibdə başqa blokçular da səviyyəlidirlər. Çünki güclü klublarda oynayırlar. 
 
- 12 il öncəki uğurla indiki müqayisə edəndə, hansı sənin üçün daha şirindi?
 
- Onda çox az yaşım vardı və artıq heç nəyi xatırlamıram (gülür). İndisə yetkin yaşdayam. 2005-ci ildə mənimlə bir meydançada Alla Həsənova, Yelena Şabovta, İnessa Korkmaz kimi təcrübəli voleyolçular dayanırdı. Onlar lider idilər, komandanı arxasınca daşıyırıdılar. İndisə mən yaşlı, təcrübəli oyunçu kimi liderəm və bu, mənim üçün daha xoşdu. Bu hissləri keçirməkdən məmnundu, DEməli, bu müddətdə yaxşı çalışmışam (gülür).
 
- Avropa çempionatı olmağa necə şas var?
 
- Fikirmcə, çox yaxşı şansımız var. Çünki məqsədimiz yalnız birdir - çempion olmaq.

sport24.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30