9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Olimpiada–2024 Parisdə keçiriləcək

2024-cü il Olimpiya Oyunlarının Parisdə keçirilməsi demək olar ki, dəqiqləşib.

Futbolxeber.az saytının məlumatına görə, buna səbəb sona qalan iki namizəd şəhərdən digərinin – Los Ancelesin müraciəti olub.

Bu barədə BOK prezidenti Tomas Bax da açıqlama verib. O, bildirib ki, Los Ancelesin Olimpiya və Paralimpiya Namizəd Komitəsi daha uzunmüddətli planları olduğunu əsas gətirərək təşkilatçılığı 2028-ci ildə etmək istəyiblər. Belə olan halda isə ev sahibliyi üçün sadəcə bir namizəd – Paris qalıb.

Maraqlıdır ki, BOK-un bir sıra rəsmiləri bu qərara etiraz etsələr də, sonda Baxın istədiyi olub. Xüsusilə də, vitse-prezidenti Uğur Erdener başda olmaqla, bəzi BOK üzvləri bu ideya ilə razılaşmırdılar. Onların fikrincə, təşkilatçının 11 il əvvəl seçilməsi mümkün deyil. Bu həm də 2024-cü il deyil, 2028-ci ilə namizədliyini verməyi planlaşdırılanların haqqının yeyilməsi deməkdi.

Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadası sessiyasında rəsmi elan olunacaq.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30