8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

İtaliya və Belarusda velosipedçilərimizdən növbəti reytinq xalları

Velosiped idmanının şosse növü üzrə İtaliya və Belarusda keçirilən yarışlar Azərbaycan yığma komandalarının üzvləri üçün növbəti reytinq xalları ilə əlamətar olub. Futbolxeber.az-ın məlumatına görə, idmançılarımız bu yarışlarda üst-üstə 33 xalı əldə ediblər.
 
İtaliyada qadın velosiped komandaları arasında təşkil olunan sayca 28-ci "Giro d'Italia Internazionale Femminile" 10 mərhələli Dünya Turu yarışında Qazaxıstanın "Astana" klubunun heyətində çıxış edən yığma komandamızın üzvü Yelena Pavluxina 18 reytinq xalı əldə edib. 1-ci mərhələdə komanda ötüşməsində 7-ci olan Pavluxinanın qazancı 10 xal olub. 10 mərhələnin yekununda isə velosipedçimiz ümumi təsnifatda 17-ci yeri tutmaqla daha 8 xal qazanıb.
 
Belarusun paytaxtı Minskdə təşkil olunan 1.2 kateqoriyalı birgünlük "Minsk Cup" yarışında isə ölkəmizin Elit yığması və "Synergy Baku" kontinental komandasının üzvü Elçin Əsədov fərqlənib - o 5-ci yeri tutmaqla ölkəmizin aktivinə daha 15 xal əlavə edib.
 
Qeyd edək ki, idmançılarımızın yarışlarda qazandıqları xallar ölkəmizin dünya reytinqində irəliləməsi ilə yanaşı, dünya və Avropa çempionatlarında daha çox sayda idmançı ilə təmsil olunmasına da şərait yaradır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30