8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

“Qəbələ”lilərdən 8 medal

U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” İdman Klubunun cüdoçuları yarışda uğurla çıxış edib. 
 
“Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan birincilikdə “qırmızı-qaralar”ın idmançıları 8 medal qazanıb. Onlar oğlanların mübarizəsində 3 qızıl, 2 gümüş və 3 bürünc medal əldə ediblər.
 
İsmayıl İbrahimov (66 kq), Fəqan Quluzadə (81 kq) və Vasif Şərbətli (100 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Finala qədər irəliləyən Elçin Hüseynov (66 kq) və Rüfət İsmayılov (90 kq) yalnız həlledici görüşdə uduzaraq, gümüş mükafata yiyələniblər. Hasil Cəfərov (73 kq), İman Yusifov (100 kq) və Camal Feyziyev (+100 kq) birinciliyin bürünc mükafatçısı olublar.
46 klubdan 333 idmançının qatıldığı  (288 oğlan, 45 qız) yarışda “Qəbələ” komanda hesabında 2-ci yeri tutub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30