9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Velosipedçilərimizin Yay Olimpiya Festivalına gedəcək heyəti müəyyənləşdi

İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyi davam edir. Futbolxeber.az-ın məlumatına görə, Gənclər və İdman nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın növbəti günündə qrup ötüşməsi üzrə 3 yaş kateqoriyasında qaliblər müəyyənləşib. 
 
Bundan başqa, bu yarış gününün nəticəsinə əsasən, iyulun 23-30-da Macarıstanda keçiriləcək Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək velosipedçilərin də adına aydınlıq gəlib.
 
Qızlar - 30 km
 
1. Validə Cabbarova - 01:01:08
2. Ayan Xankişiyeva - 01:01:08
3. Viktoriya Buxenskaya - 01:01:08
 
Yeniyetmələr (2003-2004) - 30 km
 
1. Nikita Sitov - 00:58:29
2. Nofəl Nuriyev - 00:59:22
3. Natiq Meydərov - 00:59:23
 
Yeniyetmələr (2001-2002) - 60 km
 
1. Osman Qəhrəmanov  - 01:33:22
2. Ramazan Əliyev - 01:34:58
3. Qadir Mustafayev - 01:34:58
 
Beləliklə, 2001-2002-ci il təvəllüdlü oğlanların yarışının yekununa əsasən, Azərbaycan çempionu olmuş Osman Qəhrəmanov Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında ölkəmizi təmsil etmək imkanı qazanıb. Bunadək Qadir Süleymanov və Nəcəf Bağırov bu hüquqa yiyələnmişdilər. Qızlar arasında isə Validə Cabbarova, Ayan Xankişiyeva və Elfanə Camalova Macarıstanda ölkəmizin idman şərəfini qoruyacaqlar.
 
İyunun 22-də gənc velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar və bununla da yarışa yekun vurulacaq. Qeyd edək ki, Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına (UCI) da göndəriləcək və idmançıların reytinq cədvəlində öz əksini tapacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30