9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Şahmatçılarımız Rusiyaya bu heyətlə yollanır

Xantı-Mansiyskdə (Rusiya) kişilər və qadınlar arasında şahmat üzrə dünya komanda çempionatları start götürür. Futbolxeber.az-ın məlumatına görə, dairəvi sistem üzrə keçirilən çempionatların hər birində 10 komanda iştirak edəcək.
 
Azərbaycan yalnız qadınlardan ibarət komandaların yarışında təmsil olunacaq. Yığmamız (2329) çempionata Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balakişiyevadan ibarət özünün ən güclü heyəti ilə qatılacaq. Komandamızın rəqibləri Rusiya (2508), Çin (2499), Gürcüstan (2459), Hindistan (2417), Polşa (2415), Ukrayna (2406), ABŞ (2324), Vyetnam (2323) və Misir (1994) komandalarıdır.
 
Kişi və qadın şahmatçıların komanda çempionatlarında yalnız hazırda dünya çempionu olan komandalar; sonuncu Olimpiadada 1-3-cü yerləri tutan komandalar, dörd qitə çempionları olan komandalar; təşkilatçı ölkənin komandaları: FIDE prezidentinin nominantı olan komandalar iştirak edirlər.
 
Rusiya komandaları hər iki çempionatın reytinq favoritidir.
 
Doqquz turdan ibarət turnir dairəvi sistem üzrə keçiriləcək. Püşkatma açılış mərasimində olacaq.
 
Vaxta nəzarət: ilk 40 gedişə 90 dəqiqə + birinci gedişdən başlayaraq oyunun sonuna qədər hər bir gediş üçün əlavə 30 saniyə.
 
Sonuncu tur iyunun 26-da keçiriləcək. (AZƏRTAC)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30