9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

AzVİF-dən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə yarış

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) və Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Nəsimi rayonu, 54 saylı orta məktəbdə "Uşaqlar bizim gələcəyimizdir" devizi altında velosiped yarışı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, yarışda məktəbin 5-8-ci siniflərinin şagirdləri iştirak ediblər.
 
Estafet sistemi üzrə keçirilən yarışın yekunlarına əsasən, müvafiq siniflər üzrə Banu Əhmədzadə, Mustafa Xəlilov, Hüseyn Məsimli və Hüseyn Məmmədov öz həmyaşıdları arasında 1-ci yerə layiq görülüblər. Şahin Quliyev, Ceyhun İsayev, Leyli Əliyeva və Səid Hüseynov 2-ci, Fatimə Babayeva, Aqşin Qurbanov, Rəvan Qasımlı və Qiyas Manafov isə 3-cü yeri tutublar.
 
Fərqlənən şagidrlər Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən diplom və hədiyyələrlə təltif ediliblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30