9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

İslamiada çempionu: “Buna görə özümü yaxşı formada göstərə bilmədim”

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının çempionu, Azərbaycanın superağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov açıqlama verib. Futbolxeber.az-ın məlumatına görə, AZƏRTAC-a danışan idmançı İslam Həmrəyliyi Oyunlarının qızıl medalı onun üçün böyük əhəmiyyət kəsb etdiyini deyib:
 
“Bu, mənim üçün çox prinsipial medaldır. Əvvələn, İslam Həmrəyliyi Oyunları bir müsəlman kimi mənim üçün əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan himni səslənəndə təsvirəgəlməz sevinc və qürur hissləri keçirdim. Qəlbim xoşbəxtliklə doludur. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”..
 
Turnirə hazırlıq prosesindən danışan idmançı deyib: “Çox gərgin rejimdə çalışmalı olurduq. Düzünə qalsa, kiçik zədələr almışdım. Buna görə də özümü yaxşı formada göstərə bilmədim. Lakin növbəti yarışlarda, məsələn, Avropa və dünya çempionatlarında mümkün qədər çıxış etməyə çalışacağam”.
 
Sağlamlığı imkan verdiyi qədər rinqə çıxacağını və öz azarkeşlərini sevindirəcəyini vurğulayan boksçu fikrini belə yekunlaşdırıb: “Mən bütün yarışlarda, o cümlədən Xarkovda keçiriləcək Avropa çempionatında iştirak edəcəm”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30