10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Digər idman növləri

Faiq Qarayev: “Pul mükafatımı onlara verəcəyəm, qoy, bölüşdürsünlər”

“Azərbaycanda oynamaq və belə mötəbər yarışda iştirak etmək hər birimizin arzusu idi. Bilirdik ki, hər kəs voleybolçularımızdan qızıl medal gözləyir. Şadam ki, sonda istəyimizə çatdıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri qadınlardan ibarət voleybol millimizin baş məşqçisi Faiq Qarayev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmalarını şərh edərkən deyib.

Təcrübəli mütəxəssis bildirib ki, turnirdə tam heyətlə qatıla bilməyiblər:  

“4 əsas oyunçumuz bu turnirdə oynamırdı. Keçən il Avroliqanın qalibi olan komandanın ilk “altılığ”ında yer alanlardan 5 nəfər İslamiadada çıxş etmirdi. Buna görə də heyətdə çətinliklərimiz var idi”.

Faiq Qarayev yarışın finalında Türkiyə üzərində qazandıqları 3:1 hesablı qələbədən də danışıb:

“İlk setdə asan qələbə qazandıq. Bundan sonra komandada bir qədər sanki arxayınçılıq oldu. Gözəl oyun keçdi. Türkiyə yığması güclü rəqibdir. Şadıq ki, vətənimizdə qızıl medal qazandıq. Voleybolu Azərbaycanda sevirlər. Azərbaycana dünyada voleybol ölkəsi deyillər. Qadınlardan ibarət komandamızın uğurları çoxdur. Qızlarımızla fəxr edirəm. Azərbaycanda belə yüksəksəviyyəli yarışların keçirilməsi, xeyli sayda tamaşaçının gəlməsi sevindirici haldır. Mediaya da bizə göstərdikləri diqqətə görə təşəkkür edirik”.

Faiq Qarayev bildirib ki, İslamiadadakı çempionluğa görə alacağı pul mükafatını özünə götürməyəcək:

“Bizim məşqçilər korpusumuz var. Gənc mütəxəssislərdir. Onların stimulu üçün alacağım mükafatı köməkçilərimə verəcəyəm, qoy, bölüşdürsünlər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30