Digər idman növləri
“Tour d’Azerbaidjan-2017”də ikinci mərhələnin qalibləri
Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Futbolxeber.az-ın məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.
Məsafəni 4 saat, 47 dəqiqə, 49 saniyəyə başa vuran velosipedçimiz ən yaxın izləyicisi, Ukraynanın "Kolss" komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin "Israel Cycling Academy" komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla 3-cü yeri tutub. "Synergy Baku"nun digər üzvləri Yosip Rumaç 14-cü, Elçin Əsədov 32-ci, Samir Cəbrayılov 52-ci, Elgün Əlizadə 54-cü, Ənvər Asanov isə 78-ci olub.
Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o mavi rəngli "Synergy" köynəyinə yiyələnib. Bundan başqa, velosipedçimiz aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli "SOCAR" köynəyinə də sahib çıxıb.
Mərhələnin ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli "AZAL" köynəyi Ukraynanın kontinental "Kolss" komandasının üzvü Vitaliy Butsda qalıb. Almaniyanın "Team Sauerland NRW p/b Henley & Partners" klubunun üzvü Feliks İntra isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli "ATAHOLDİNG" köynəyi ilə mükafatlandırılıb.
Velosipedçiləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıxov təltif edib.
"Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi. Ümumiyyətlə bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım. Bundan sonra da taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi" - deyən mərhələ qalibi Kiril Pozdnyakov ən çətin dağ mərhələsi hesab olunan 4-cü yarış günündə də özünü daha şanslı hesab etditini vurğulayıb.
Mayın 5-də yarışın 3-cü mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 177 km məsafə qət edəcəklər. Qeyd edək ki, “Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkənin 22 komandası mübarizə aparır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- “Neftçi”də maliyyə böhranı
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- “Qarabağ” - “Zirə” finalından öncə o oxuyacaq...
-
17:29
Azərbaycan gimnastları Yaponiyadakı Dünya Kubokunda iştirak edəcəklər
-
17:05
Azərbaycanın aerobika gimnastları Dünya Kubokunda mübarizə aparacaqlar
-
16:51
DÇ: Azərbaycan cüdoçusu finala yüksəlib
-
16:33
Azərbaycan Voleybol Federasiyasının rəsmisi Qızıl Avropa Liqasının oyunlarına təyinat alıb
-
16:18
Rahil Məmmədovun komandası baş məşqçisi ilə vidalaşır
-
15:44
Balkan çempionatında iştirak edəcək Azərbaycan atletləri bəlli olub
-
15:27
Azərbaycanın cüdo millisi İspaniyada təlim-məşq toplanışında iştirak edib
-
15:00
Bundesliqada may ayının ən yaxşı qolları - VİDEO
-
14:12
“Neftçi” Monteneqro millisinin üzvünü transfer edib?
-
13:55
Voleybol millimiz Belçikaya yollanıb
-
13:41
Azərbaycan atleti İspaniyadakı turnirdə mükafatçılar siyahısına düşüb
-
12:36
Millimizin Türkiyə ilə oyunlar üçün heyəti açıqlanıb
-
12:23
"Azərreyl"də yeni müqavilə
-
12:08
Azərbaycanın altı təmsilçisi Slovakiyadakı reqatada iştirak edəcək
-
11:19
Azərbaycan şahmatçısı Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə qalib olub
-
10:57
Lunyov: "Hər bir futbolçu haqqında bu cür xəbərlər normaldır"
-
10:24
Azərbaycan I Liqasında son yeddi mövsümün rekordu təkrarlanıb
-
10:12
Ramiz Məmmədov: “1 ildir çəkdiyimiz əziyyətin bəhrəsini gördük”
-
09:45
"Atalanta" "Bayer"i darmadağın etdi VİDEO
-
09:31
Bakıda UEFA-nın B kursu keçirilir
-
00:53
Avroliqanı "Atalanta" qazandı
-
22:00
“İrəvan” – “Karvan” oyununda 11 qol VİDEO
-
21:47
Yunan-Roma güləşi üzrə Azərbaycanın U-23 millisindən tarixi uğur
-
19:32
"Şamaxı"nı çempion edən qələbə VİDEO
-
18:13
“Gimnastika hamı üçün” növü üzrə II Bakı Beynəlxalq “Challenge”i keçiriləcək
-
17:55
I Liqada çempion məlum oldu
-
17:29
AFFA-da həkimlər üçün seminar
-
16:36
İstanbul ardıcıl 2 il avrokubok finalına ev sahibliyi edəcək
-
15:18
"Qarabağ"ın qapıçısı Avro-2024 üçün açıqlanan heyətdə
-
14:44
Azərbaycan boks millisi lisenziya turnirinə bu heyətlə gedir
-
14:30
DÇ: Azərbaycanın daha iki cüdoçusu medalsız qaldı
-
13:57
Azərbaycanın stolüstü tennis millisi Qazaxıstana yollanıb
-
13:22
“Qarabağ” Qətərdə 4 oyun keçirib
-
13:05
I Liqada sonuncu turun oyunlarına hakim təyinatları
-
12:31
Minifutbol üzrə dünya çempionatının vaxtı dəqiqləşib
-
12:13
Azərbaycan Oxatma Federasiyasının növbədənkənar ümumi yığıncağı keçirilib
-
11:48
Elgiz Abbasov: “Çalışdıq ki, II Liqa ilə bölgələrdə futbol həyəcanını kütləviləşdirək”
-
11:29
“Qarabağ” - “Zirə” finalının biletləri nə vaxt satışa çıxacaq?
-
11:16
“Kür-Araz” - “Şəmkir” oyununda heç-heçə VİDEO
-
10:52
Millimizin Türkiyəyə qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb
-
10:04
Azərbaycanın bədii üzgüçülük komandası beynəlxalq turnirdə 31 medal qazanıb
-
09:47
II Liqanın medalçıları mükafatlandırıldı FOTOLENT
-
09:30
"Azərbaycanda öz bayrağımızı yüksəltmək başqa hissdir"
-
21:35
II Liqanın bombardiri mükafatlandırıldı
-
19:57
Avropa çempionatı: Güləşçilərimizdən 2 qızıl, 2 bürünc medal
-
19:14
II Liqada mövsümə yekun vuruldu
-
17:40
Minifutbol üzrə dünya çempionatı Bakıda
-
17:03
Toni Kroos karyerasını bitirir
-
16:51
Hidayət Heydərov: "Qələbənin şokundan ayıla bilmirəm"
-
16:29
Bir oyunda 56 penalti