29 May 2024, Çərşənbə
Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Digər idman növləri

“Tour d’Azerbaidjan-2017”: İkinci mərhələnin qalibi təmsilçimiz oldu

Bu gün “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun ikinci mərhələsinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, cari mərhələdə velosipedçilər Şıxovdan start götürərək 187 kilometr məsafə qət edərək İsmayıllıya çatıblar.
 
Bu mərhələdə finiş xəttini ilk keçən Azərbaycanı təmsil edən “Synergy Baku” komandasının üzvü Kiril Pozdnyakov olub. İdmançımız məsafəni 4 saat, 47 dəqiqə, 49 saniyəyə başa vurub.
 
Qeyd edək ki, yarışda 18 ölkədən 22 komanda mübarizə aparır. Onlardan da 6-sı peşəkar kontinental, "Synergy Baku" da daxil olmaqla 16-sı kontinental kollektivdir.
 
İştirakçılar üçüncü mərhələdə Qəbələ-Şəki-Qəbələ (177 km), dördüncü mərhələdə Qəbələ-Ağsu-Pirqulu (164 km) və sonuncu mərhələdə Bakı-Abşeron-Bakı (158 km) marşrutu üzrə, ümumilikdə, 836 kilometr məsafə qət edəcəklər. Əvvəlki illərdən fərqli olaraq bu il turun 4-cü mərhələsinə Ağsu dolaylarının əlavə edilməsi yarışa olan marağı daha da artırıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31