7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Digər idman növləri

"Küveyt maliyyə problemi səbəbindən "Tour d`Azerbaijan”da iştirak etməyəcək"

Bu gün mayın 3-də start götürəcək “Tour d`Azerbaijan-2017” beynəlxalq velosiped turu ilə əlaqədar Respublika Velotrekində mətbuat konfransı keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə veloturun vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırıb:

"Bu, artıq 5-ci yarışdı. Bundan əvvəl də 2012-ci ildə Beynəlxalq yarış keçirmişdik. Bu yarış Belnəlxalq aləmdə ölkəmizi uğurla tanıdır. Bu il də əvvəlki kimi mərhələlərin sayı 5-dir. Amma 4-cü mərhələdə dəyişiklik edilib. Ağsu aşırımları təmir olunduğu üçün ora da yarışa daxil edilib. Bu yarışın Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları ərəfəsində keçirilməsi də çox gözəl haldı. "Eurosport" kanalı vasitəsilə "Tour d`Azerbaijan”ın reklam çarxı nümayiş olunur. Yarışda 19 ölkədən 22 komanda iştirak etməli idi. Təəssüflər olsun ki, Küveytin komandası maliyyə problemlərinə görə yarışa gəlməkdən imtina etdi. Bu, təbii qarşılaşnmalıdı. Buna görə də yarışda 18 ölkənin komandası mübarizə aparacaq. Burada Amerikadan, Yaponiyadan, Ərəb ölkələrindən və Avropadan komandalar iştirak edəcək. Bu da yarışa olan marağı göstərir. Ölkəmizi "Synergy Baku" təmsil edir. Heyətimizdə müəyyən dəyişikliklər edilib. Komandamız gəncləşdirilib. Yarışda idmançılarımızın uğur qazanacağına inanıram".

O, yarışda müsbət nəticə qazanmağın çətin olduğunu deyib: "Nəticə bizim üçün həmişə vacibdi. Amma nəzərə alın ki, 22 komandadan 6-sı peşəkar komandadı. Onlarla yarışda nəticə əldə etmək çətindi. Belə səviyyəli yarışlarda iştirak etmək üçün velosipedçi il ərzində ən azı 15 000 km velosiped sürməlidi. İdmançının bu səviyyəyə çatması üçün illər lazımdı. Buna baxmayaraq həm nəticə istəyirik, həm də gələcəyə hesablanmış addımdı".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30