9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Karyakin:"Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam"

Şəmkirdə təşkil olunan Vüqar Həşimov Memorialının II turunda təmsilçimiz Şəhriyar Məmmədyarov Rusiya şahmatçısı Sergey Karyakinlə heç-heçə oynayıb.

Futbolxeber.az saytının məlumatına görə, partiyadan sonra Karyakin jurnalistlərin suallarına cavab verib. Rusiya təmsilçisi Şəhriyar haqqında həm şahmatçı, həm də məşqçi kimi danışıb: "Heç-heçələrimiz az olmayıb. Amma Şəhriyarı yaxşı tanıdığımdan həmişə qələbəyə oynayıram. Gedişlərinə fikir verirəm. Səhv etmir, çox diqqətli oynayır. 2016-cı ildə dünya çempionluğuna iddiaçıların turnirində Şəhriyar komandamda yer almışdı. Məşqçi kimi mənə kömək etdi. Birgə hazırlığın bəhrəsi oldu. Məşqlər zamanı blits oynayırdıq. Hətta o zaman bir-birimizə fikirləşməyə vaxt vermirdik. Şəhriyar gözəl insan, daim dostuna sadiq şahmatçıdır. Bakıdakı Dünya Kubokunda üstünlüyü var idi. Sonradan vəziyyət bərabərləşdi və heç-heçə qeydə alındı. Nəticədə sonda mən qalib gələrək növbəti mərhələyə keçdim. Şəhriyarın uğur qazanmasını arzulayanlardan biri mənəm. Əlbəttə rəqib olanda dostluq müəyyən müddətə unudulur".

Synergy Group-un təşkil etdiyi turnir haqqında müsbət fikirlər söyləyən Karyakin İspaniya çempionatında "Real"-"Barselona" oyununa baxacağını dedi: "İlk növbədə təşkilatçılara təşəkkür edirəm. Möhtəşəm turnirdir. Özümü burada evimdə olduğu kimi hiss edirəm. Yalnız şahmat barədə düşünürük. Sabah birgə futbola baxmağı planlaşdırırıq. Kimə azarkeşlik edəcəm? Əgər Maqnus Karlsen "Real"a azarkeşlik edirsə, mən "Barsa"ya dəstək olacam".

ShamkirChess2017 turnirinin mətbuat xidməti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30