Digər idman növləri
IV İslam Həmrəyliyi Oyunlarını yayımlayacaq telekanalların adları açıqlanıb
“Bakı-2017” İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün yarışları 34 ölkənin tamaşaçılarına təqdim edəcək hüquq sahibləri ilə yayım razılıqlarını elan edib. Futbolxeber.az-ın məlumatına görə, oyunların keçirilməsinə bir ay qaldığı müddətdə elan olunan razılığa əsasən hüquq sahibi olan bütün yayım şirkətləri aşağıda qeyd olunan bölümlər əsasında oyunlarla əlaqədar yayım materiallarından eksklüziv istifadə hüququna malik olacaqlar:
- Müvafiq olaraq 12 və 22 may tarixlərində Bakı Olimpiya Stadionunda baş tutacaq Açılış və Bağlanış Mərasimlərinin canlı yayınlanması;
- Oyunların ən yaxşı idman yarışlarından və medal uğrunda mübarizələrindən ibarət bir saatlıq gündəlik proqram;
- Türkiyə, Kamerun, Seneqal, Səudiyyə Ərəbistanı, Oman, Fələstin, Əlcəzair və Azərbaycan komandaları arasında keçiriləcək futbol üzrə 16 qarşılaşmanın canlı yayımlanması;
- Oyunlar haqqında iki saatlıq proqram.
Şimali Afrika və Orta Şərq ölkələrində yayım hüququnu Ərəb Dövlətlərinin Yayım Birliyi (Arab States Broadcasting Union ASBU) əldə edib. 22 ölkənin əsas ödənişsiz dövlət yayım şirkətlərini “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını öz kanallarında nümayiş etdirmək imkanı əldə ediblər.
TV Media Sport (TVMS) Saxaradan cənubda yerləşən Afrika ölkələrinin eksklüziv agenti qismində razılığı imzalayıb. Agent 12 ölkənin yayım şirkətləri - Fil Dişi Sahili (RTI), Nigeriya (NTA Sports 24), Tanzaniya (AZAM MEDIA GROUP ZBC2), Uqanda (UBC), Mozambik (TVM), Çad (ONRTV), Mali (ORTM), Qvineya (RTG), Niger (ORTN), Konqo Demokratik Respublikası (RTNC), Mavrikiy (MBC) və Burkina-Faso (RTB) - qarşısında oyunlardan canlı yayımların və proqramların yayınlanması ilə bağlı öhdəlik götürüb.
TV Media Sport şirkətinin prezidenti Hedi Hamel bu razılıq haqqında danışaraq deyib: "Beynəlxalq idman tədbirlərinin diversifikasiyası hər zaman TV Media Sport şirkətinin güclü fəaliyyət istiqaməti olub və olmaqdadır. Bakı 2017 IV İslam Həmrəyliyi oyunları bu strategiyamızın mükəmməl təcəssümü olacaq".
“Bakı-2017” Əməliyyat Komitəsi eyni zamanda Türkiyənin aparıcı yayım şirkəti TRT ilə də razılıq müqaviləsi imzalayıb. Bununla da, 2021-ci ildə keçirilməsi planlaşdırılan 5-ci İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək Türkiyə, Bakıda keçiriləcək oyunları canlı izləmək imkanı əldə edəcək.
TRT Spor kanalının rəhbəri Mehmet Şahin əlavə etdi: "TRT “Bakı-2017” ilə əməkdaşlığından və qarşıdan gələn “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Türkiyədə yayımlanması üçün eksklüziv hüquqa malik olmasından çox məmnundur".
"Biz Oyunları TRT Spor və TRT AVAZ kanallarımızda Türkiyə xalqına təqdim etmək üçün ev sahibliyi edən ölkənin yayım şirkəti BMM ilə və bütövlükdə AİHOƏK komandası ilə əməkdaşlıq etdiyimizə görə şadıq."
Oyunlar həmçinin IP vasitəsilə müvafiq olaraq ATV və Milli Rabitə Şəbəkəsi (NCN) tərəfindən Surinam və Qayanada da yayınlanacaq.
“Bakı-2017”nin Baş Əməliyyat üzrə Direktoru Mayk Loynd bu yayım razılıqları haqqında danışaraq qeyd edib: "Biz çox şadıq ki, üç qitədə yerləşən 34 ölkənin tamaşaçıları “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarını izləmək imkanına malik olacaq".
"Beynəlxalq yayım şirkətləri “Bakı-2017” IV İslam Həmrəyliyi oyunlarının yayımına çox böyük maraq göstəriblər. İslam ölkələrində yaşayan əhalinin IV İslam Həmrəyliyi oyunlarına böyük maraq göstərməsi bizi çox sevindirir. Düşünürəm ki, 12 may tarixində baş tutacaq Açılış Mərasiminə qalan növbəti həftələrdə daha çox yayım tərəfdaşlıqları haqqında məlumat verə biləcəyik".
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında İHİF-in dörd qitədə yerləşən 57 üzv ölkəsinin hər birindən olan idmançılar iştirak edəcək. İdmançılar futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla 20 idman növü üzrə medal uğrunda 270 mübarizədə yarışacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 -22 mayda Bakıda keçiriləcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi