Digər idman növləri
İslamiada: Biletlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təqdim olunub
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 55 gün qaldığı vaxtda – martın 18-də Oyunların ilk biletləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və xanımı, “Bakı-2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim olunub. Futbolxeber.az saytının məlumatına görə, biletlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində təqdim edilib.
“Bakı-2017” Əməliyyat Komitəsindən AZƏRTAC-a bildiriblər ki, IV İslam Həmrəyliyi Oyunlarının könüllülük proqramının bir hissəsi olmaq üçün artıq 8 mindən çox azərbaycanlı gənc qeydiyyatdan keçib. Könüllülər proqramının bir hissəsi olaraq gənclər Oyunların ictimaiyyətə geniş çatdırılmasında vacib rol oynayacaq, eyni zamanda, onlar üçün təşkil edilən liderlik, təqdimat və ünsiyyət yaratma bacarıqları üzrə təlimlərdən də bəhrələnəcəklər.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına biletlərin ümumi satışına martın 19-da (bazar günü) start veriləcək. Bu münasibətlə “Gənclik Mall”da idmançı və ulduz səfirlərin - İlham Zəkiyev, Fəridə Əzizova, Tünzalə Ağayeva, Hacı Nuranın və “Bakı-2017”nin talismanları “İncə” və “Cəsur”un iştirakı ilə xüsusi tədbir keçiriləcək. Tədbirdə tamaşaçılar idman sessiyaları və konsert proqramlarına qoşulmaq üçün müxtəlif müsabiqələrə qatılaraq bilet qazanmaq imkanı əldə edəcəklər.
Oyunlarla əlaqədar satışa 500 min bilet çıxarılacaq. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında azarkeşlər idmanın 20 növü üzrə 170 idman sessiyasını izləmək imkanı əldə edəcəklər. Bütün idman sessiyaları üçün biletlərin qiyməti 2-5 manat arasında dəyişir.
“Bakı-2017”nin təşkilatçıları biletləri birinci Avropa Oyunlarında olduğu kimi, münasib və əlverişli qiymətlərlə satılmasını təmin edəcəklər ki, daha çox ailələr və gənc azarkeşlər bu yaz baş tutacaq mötəbər idman yarışından zövq ala bilsin. “Bakı-2017” 16 yaşadək bütün gəncləri güzəştli biletlərdən yararlanmağa səsləyir. Belə ki, onlar 13 idman sessiyasına pulsuz buraxılacaqlar. Həmçinin 2-16 yaşlı uşaqlar üçün Heydər Əliyev adına Arenasına, Milli Gimnastika Arenası və Tofiq Bəhramov adına Respublika Stadionuna təyinatlı biletlərin qiyməti bir manat olacaq.
Dünyanın müxtəlif ölkələrindən olan idman həvəskarları “Bakı-2017”nin möhtəşəm açılış və bağlanış mərasimlərini mayın 12-də və 22-də Bakı Olimpiya Stadionunda izləyə biləcəklər. Açılış mərasiminə biletlərin qiyməti 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat arasında dəyişir.
Əməliyyat Komitəsi idmansevərlərin diqqətinə çatdırır ki, IV İslam Həmrəyliyi Oyunları üçün biletləri “Bakı-2017”nin rəsmi vebsaytı – “www.baku2017.com/tickets” vasitəsilə, yaxud paytaxtımızın müxtəlif məkanlarında quraşdırılacaq 12 satış məntəqəsindən əldə etmək olar.
IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov bilet satışı ilə bağlı deyib: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 50-dən artıq ölkənin idmançılarını Azərbaycanda salamlamağı səbirsizliklə gözləyirik. Oyunların Azərbaycanda keçirilməsi gözəl ölkəmizi təbliğ etməklə yanaşı, həm də xalqımıza yüksək səviyyəli beynəlxalq idman yarışlarını seyr etmək şansı yaradır. Biletlərin qiymətlərini münasib saxlamaqla biz hər kəsi bu möhtəşəm beynəlxalq idman tədbirinə gəlib onun bir hissəsi olmağa çağırırıq”.
“Bakı-2017”nin könüllülərindən bəhs edən korporativ direktor bildirib: “Biz ölkəmizin müxtəlif regionlarında yaşayan gənclərin 12 mindən çoxundan artıq ərizələr almışıq. Onların Oyunlar zamanı 8 min könüllüdən biri olmaq arzuları bizi çox sevindirir. İnanırıq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Azərbaycanda artmaqda olan könüllülük mədəniyyətinin gözəl örnəyini bir daha nümayiş etdirəcək. Əminliklə deyə bilərəm ki, könüllülər Oyunlarda öhdələrinə düşən vəzifənin öhdəsindən layiqincə gələcəklər. Məhz könüllülük missiyası onları gələcək karyeralarını qurmaqda lazımi bilik, bacarıq və təcrübə ilə təmin edəcək”.
İslam dünyasını birləşdirən maraqlı və çoxnövlü idman tədbiri olan “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları mayın 12-22-də keçiriləcək.
Müsəlman ölkələrini təmsil edən idmançılar on yarış günü ərzində idmanın 20 növü (23 kateqoriya) - atletika və para-atletika, su idmanı növləri (suyatullanma, üzgüçülük, su polosu), basketbol 3x3, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, yunan-Roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvando, ağır atletika üzrə 16 müasir idman qurğusunda keçiriləcək yarışlarda mübarizə aparacaqlar.
IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunan VIII Baş Assambleyasında qəbul edilib. 2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi