8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

7 ölkə İslam Həmrəyliyi Oyunlarında iştirak etməyə bilər

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. 
 
Futbolxeber.az-ın APA TV-yə istinadən məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, nəqliyyat sistemi ilə bağlı daha ucuz və əlverişli vasitələr tapılıb: "Avropa Oyunlarında çoxlu avtobuslar sifariş olunmuşdu. Bu dəfə biz başqa variantlar üzərində işlədik, daha ucuz və daha əlverişli vasitələr tapdıq. Əsas odur ki, idmançılar razı qalsınlar və yarış məkanlarına vaxtlı-vaxtında çatdırılsınlar".
 
Azad Rəhimov deyib ki, əsas məqsəd 57 ölkənin İslamiadada iştirakını təmin etməkdir: "50 ölkədən tam təsdiq almışıq, onlar iştirak edəcəklər. 7 ölkə isə bəzi səbəblərə görə gələ bilmir. Bəzilərinin maliyyə məsələləri ilə bağlı problemlər var. Çalışırıq kömək edək ki, onları bu oyunlara cəlb edək".
 
Nazir "Formula 1" Qran Prisi ilə bağlı heç bir yeni sifarişin olmayacağını deyib: "Bütün lazımi avadanlıqlar, hər şey var. Şəhərdə görmüsünüz ki, bəzi tikililər öz yerində qalıb. Bu ona görədir ki, İslam Oyunları may ayının 22-də başa çatır. Düz 1 aydan sonra isə "Formula 1" başlayır. Qısa bir müddətdir, amma heç bir çətinlik görmürük. Vaxtlı-vaxtında bütün bu qurğular yerində olacaq".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30