8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

İkiqat Avropa çempionu həbs olundu

Rusiyada boks üzrə ikiqat Avropa çempionu İqor Alborov həbs olunub. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə Çerkessk məhkəməsi qərar verib. O, iki nəfərin ölümündə təqsirli bilinib. Avropa çempionu ilə yanaşı, onun qardaşı Alan Alborov da həbs olunub. Hər iki şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.
 
Qətl hadisəsi 2016-cı ilin noyabrında baş verib. Qardaşlar 30 yaşlı Alan Qoyayev və onun 70 yaşlı atası Aleksandr Qoyayevə Cənubi Osetiya ərazisində ölən qohumlarının qisasını almaq üçün hücum etdiklərini bildiriblər. Çoxsaylı bıçaq xəsarəti alan A.Qoyayevin meyiti yaşadığı evin pilləkənlərində, atasının cəsədi isə mənzildə tapılıb.
 
Qeyd edək ki, İqor Alborov yeniyetmə və gənclər arasında iki dəfə Avropa çempionu olub. ("Report")



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30