8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Daha 200 rusiyalı atlet dopinqə “ilişdi”

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (İAAF) antidopinq qaydalarının pozulmasında şübhəli bilinən 200 rusiyalı atletin adı verilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə İAAF-ın yaydığı press-relizdə bildirilir. Həmin atletlərin adlarını Ümumdünya Antidopinq Agentliyindən (WADA) Riçard Maklarenin rəhbərlik etdiyi müstəqil komissiya təqdim edib. İAAF onların beynəlxalq yarışlara neytral statuslu idmançı kimi buraxılmağa namizəd olduqlarını bildirib. 
 
Qeyd edək ki, 2015-ci ilin noyabrında Ümumrusiya Atletika Federasiyası İAAF sıralarından kənarlaşdırılıb. Bu, WADA-nın müstəqil komissiyasının Rusiyanı antidopinq qaydalarının çoxsaylı pozuntusunda ittiham etməsindən sonra baş verib. Bu səbəbdən, uzununa tullanan Darya Klişina istisna olmaqla, digər rusiyalı atletlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatıla bilməyiblər və artıq bir ildir beynəlxalq turnirlərdən kənarda qalırlar. ("Report")
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30