8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

“Qəbələ” taekvondoçularından iki medal

Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil edilən taekvando üzrə ənənəvi “Croatia Open” beynəlxalq turnirinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, bu yarışda kişilərdən ibarət Azərbaycan milli komandası 7 idmançı ilə təmsil olunub.

G1 kateqoriyalı beynəlxalq yarışda “Qəbələ” İdman Klubunun üzvləri də uğurla çıxış ediblər.

“Arena Zaqreb” İdman Kompleksində keçirilən və sayca 22-ci olan açıq turnirdə çıxış edən Avropa çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqani fəxri kürsün qızıl pilləsinə qalxıb. 80 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Milad rəqiblərindən Stojan Rabijac (17:8), Mario Zekic (12:0), Nikolaos Tzellos (12:3), İvan Karajlovic (18:4) və Roberto Bottaya şans verməyərək, yarışın qızıl medalını qazanıb.

63 kq çəki dərəcəsində mübarizəyə qatılan Məhəmməd Məmmədov yarımfinaladək inamla irəliləsə də, finala yüksələ bilməyib. Təmsilçimiz bürünc medalla kifayətlənib.

Qeyd edək ki, kişilərdən ibarət milli komandamız 5 medalla komanda hesabında ilk pilləyə sahib olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30