9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Mövsümün son yarışı keçirilib

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib. Futbolxeber.az saytının məlumatına görə, yarışda müxtəlif klub və cəmiyyətlərin 50-dən artıq idmançısı iştirak edib.

Qızların mübarizəsində ilk 3 pillədə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri qərarlaşıblar - Viktoriya Sidorenko 1-ci, Ayan Xankişiyeva 2-ci, Elfanə Camalova isə 3-cü yeri tutub.

15 yaşadək oğlanların yarışı Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Natiq Maydarov 3-cü olub. 2-ci yerdə isə 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Vəli İbrahimov qərarlaşıb.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin yetirməsi İvan Orlov hamını qabaqlayıb. Adı çəkilən məktəbin digər üzvləri Nicat Bağırov 2-ci, Qadir Mustafayev 3-cü, Osman Qəhrəmanov isə 4-cü olub.

Və nəhayət, Gənclər, U-23 və Elit kateqoriyasında fəxri kürsünün ilk 3 pilləsinə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Maksim Naperstkov, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı qalxıblar. Qalib və mükafatçılar qiymətli hədiyyələr və pul mükafatı ilə təltif ediliblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30