8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Tayland yığmasının baş məşqçisi: “Azərbaycan millisi top-komandadır”

“Kolumbiyadakı dünya çempionatında 3 oyun keçirdik. Bunadək 4 hazırlıq matçında da qüvvəmizi sınamışdıq. Bütün bu görüşlərə əsasən komandadan yalnız razı qalmaya bilmərəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Tayland millisinin baş məşqçisi Migel Rodriqo Konde deyib.

Kolumbiyada keçirilən DÇ-2016-nın 1/8 final mərhələsinə həsr olunan mətbuat konfransına ispaniyalı mütəxəssis Azərbaycanla qarşılaşma haqda fikirlərini açıqlayıb. Yığmamız haqda yüksək fikirdə olan çalışdırıcı yetirmələrinin 1/4 final iddiasını da gizlətməyib: “Mən sadəcə komanda deyil, əsl ailə görürəm. Hamının bir-birilə belə mehriban, şirin münasibətdə olması sevindiricidi. 1/8 finala çıxmağımız uğur sayılır. Növbəti rəqibimiz Azərbaycan millisidi. Tamamilə bu matça köklənmişik. Azərbaycan millisi top-komandadı. Onlar heyətinə görə bizdən üstündü. Lakin biz sonadək mübarizə aparacağıq”.

Qeyd edək ki, Azərbaycan - Tayland oyunu sentyabrın 22-də keçiriləcək.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30