8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Qəbələdə Dünya Kubokuna start verildi

Qəbələdə olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına start verilib. Futbolxeber.azx saytının məlumatına görə, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışların ilk günündə stend və güllə atıcılığının 5 növü üzrə fərdi və komanda yarışlarında qaliblər müəyyənləşib. Bum qəsəbəsində oğlanlar və qızlar tüfəngdən 50 metr məsafədən, oğlanlar tapançadan 25 metrdən atəş açmaqda, qızlar dairəvi stend, oğlanlar qoşa səngər atıcılığında qüvvələrini sınayıblar.

Oğlanların uzanaraq tüfəngdən 50 metr məsafəyə atəş açma yarışında Hindistan təmsilçisi Subhankar Pramanik 1-ci, çexiyalı Filip Nepeşal 2-ci, Rumıniya idmançısı Draqomir İordake üçüncü olub. Komanda yarışlarında isə Norveç 1-ci, Hindistan 2-ci olub.

Qızların eyni yarışında Qazaxıstan idmançısı Violetta Starostina qalib gəlib. Rusiya təmsilçisi Anastasiya Qalaşina 2-ci, norveçli Cenni Stene 3-cü yeri tutub. Komanda hesabında da skandinaviyalılar hamını qabaqlayıb. Norveçin ardınca isə Rusiya və Hindistan komandaları qərarlaşıb.

Oğlanların 25 metr məsafədən tapançadan atəş açma yarışında hindistanlı Sambhaji Zanzan hamıdan güclü olub. Avstraliya atıcıları Sergey Evqlevski və Ceyms Tomas Asmore də ilk “üçlük”də yer alıblar. Komanda yarışlarında Hindistan 1-ci, Avstraliya 2-ci, Qətər 3-cü olub.

Dairəvi stenddə Rusiya idmançısı Alina Fazlyanova 1-ci, Çin atıcısı Anni Zhao 2-ci, Türkiyə təmsilçisi İzel Aydın 3-cü yerə çıxıb. Komanda yarışında ilk 3 yeri Türkiyə, Çin və Rusiya tutub.

Oğlanların qoşa səngər stendində Çin idmançısı Yinq Qi 1-ci, Rusiya atıcısı Aleksandr Filippov 2-ci, digər çinli Run Su 3-cü yerə sahib çıxıb. Çin komanda hesabında Rusiya və Hindistanı qabaqlayıb.

Yarışın ilk günündə 10 ölkə təmsilçisi medal qazanıb. Hindistan medal siyahısında 1-cidir. Asiyalıların hesabında 7 medal var. Çin idmançıları 5 medalla ikinci, Norveç təmsilçiləri 3 medalla üçüncü yerdədirlər.

Xatırladaq ki, sentyabrın 23-də başa çatacaq yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edir.

 

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30