8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Olimpiada: Əsas millilərimizdən vacib qələbə

42-ci Ümumdünya Şahmat Olimpiadasında VII turun görüşləri keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz Xorvatiyaya qalib gəlib.  İkinci komandamız Venesuella ilə heç-heçə oynadığı halda, üçüncü yığmamız eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasını uduzub.

Buna qədər vahid lider olan Hindistan ABŞ-a, Hollandiya Latviyaya, Çexiyaya Rusiyaya, Çin İngiltərəyə, Kanada Ukraynaya məğlub olub.

Kişilərdən fərqli olaraq, qadınlardan ibarət bütün yığmalarımız turu qələbə ilə başa vurublar. Əsas millimiz güclü Hindistan kollektivini, ikinci komandamız Belarusu, üçüncü yığmamız isə Boliviyanı üstələyib.

Favoritlərdən Rusiya Polşa ilə heç-heçə oynayıb. Çin Ukraynaya, ABŞ Rumıniyaya qalib gəlib. Gürcüstan isə Hollandiyaya məğlub olub.

Kişilər

Xorvatiya - Azərbaycan-1 0,5:3,5

İvan Sariç (2668) - Şəhriyar Məmmədyarov (2761) 0,5:0,5

Miladan Palas (2623) - Teymur Rəcəbov (2722) 0:1

Zdenko Kozul (2622) – Rauf Məmmədov (2666) 0:1

Ante Brkiç (2584) - Eltac Səfərli (2688) 0:1

Azərbaycan-2 - Venesuela 2:2

Vasif Durarbəyli (2612) - Eduardo Bonelli (2650) 0,5:0,5

Ülvi Bacarani (2509) - Xose Rafael Noqal (2436) 0:1

Qədir Hüseynov (2625) - Vilson Morales (2378) 1:0

Namiq Quliyev (2577) - Daniel Marin (2434) 0,5:0,5

Azərbaycan-3 - ICCD 1.5:2.5

Vüqar Əsədli (2406) - Yehuda Qruenfeld (2451) 1:0

Nail Bəşirli (2387) - Duilio Kollutiis (2441) 0:1

Abdulla Qədimbəyli (2294) - Vladimir Klasan (2401) 0,5:0,5

Pərviz Qasımov (2323) - Enxbayar Yançivnyambuu (2049) 0:1

Qadınlar

Azərbaycan-1 - Hindistan 2,5:1,5

Zeynəb Məmmədyarova (2295) - Dronavalli Harika (2542) 0,5:0,5

Günay Məmmədzadə (2361) - Rout Padmini (2408) 1:0

Gülnar Məmmədova (2304) - Saçdev Tania (2402) 1:0

Aydan Höccətova (2339) - Svaminathan Soumya (2379) 0:1

Azərbaycan-2 - Belarus 3.5:0,5

Türkan Məmmədyarova (2304) - Nastassia Ziaziulkina (2382) 0,5:0,5

Nərmin Xələfova (2219) - Olqa Badelka (2222) 1:0

Ülviyyə Fətəliyeva (2234) - Yekaterina Boqdan (2120) 1:0

Nərgiz Umudova (2247) - Tatyana Revo (2087) 1:0

Azərbaycan-3 - Boliviya 2,5:1,5

Nərmin Məmmədova (2230) - Mariya Yevgeniya Ramires (2104) 1:0

Xanım Balacayeva (2147) - Natali Monroy (2105) 0,5:0,5

Gövhər Beydullayeva (1994) - Lusia Estrada (1941) 0,5:0,5

Ayan Allahverdiyeva (1780) - Cessika Molina (1883)  0,5:0,5




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30