29 May 2024, Çərşənbə
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Digər idman növləri

Olimpiada: Azərbaycan - Rumıniya qarşıdurması

Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında IV turun təqvimi müəyyənləşib. Futbolxeber.az saytının məlumatına görə, itkisiz irəliləyən kişilərdən ibarət əsas komandamız sentyabrın 5-də Rumıniya ilə üz-üzə gələcək. İkinci millimizin rəqibi görməqabliyyəti zəif olan şahmatçıların beynəlxalq komandası (IBCA) olacaq. Üçüncü yığmamız isə Türkmənistanı sınağa çəkəcək.

Günün ən çox maraq doğuran görüşlərindən biri Ukrayna və Rusiya arasında keçiriləcək. Həmçinin Hindistan - Kuba, ABŞ - Çexiya, Çin - İtaliya, İngiltərə - Hollandiya, Yunanıstan - Fransa görüşləri də maraqla gözlənilir.

Kişilər kimi, qadınlardan ibarət əsas yığmamız da IV turda Rumıniya ilə qarşılaşacaq. İkinci millimiz İtaliya, üçüncü komandamız isə Braziliya ilə münasibətlərinə aydınlıq gətirəcək.

Favoritlərdən Çin Latviya ilə, Ukrayna Fransa ilə, Rusiya Macarıstanla, Hindistan İsraillə, Gürcüstan Misirlə, ABŞ Bosniya və Hersoqovina ilə üz-üzə gələcək.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31