Digər idman növləri
“Dövlət başçımız mənə “şahmatçıdan çox güləşçiyə oxşayırsan” dedi”
“Rəqibim güclü qrossmeyster idi. Hər şey plana uyğun idi. Təssüf ki, Harikrişna səhv etmədi. Ona görə də görüş heç-heçə ilə tamamlandı. Yekunda son şans olaraq rəqibə tələbə qursam da, o, aldanmadı”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı şahmatçı Vasif Durarbəyli deyib.
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda ikinci millimiz Hindistanla qarşılaşır. Birinci lövhədə yarışan Durarbəyli Harikrişna ilə heç-heçəyə razılaşıb.
Partiyadan sonra keçirilən mətbuat konfransında Vasif Durarbəyli ilk günlər uyğunlaşma ilə bağlı problem yaşadığını bildirib: “Birinci tur mənim uğurlu keçmədi. Mozambik şahmatçısı ilə görüşdə 1 səhv etdim və yekunda heç-heçə qeydə alındı. Halbuki bir piyada üstün idim. İlk günlər çətinliklər oldu. Amerikadan gəldiyim üçün saat fərqinə uyğunlaşmaq üçün vaxt lazım idi”.
Amerikada təhsil alan şahmatçımız bunun elə də asan olmadığını söyləyib: “Dərslə şahmat asan alınmır. Bura gəldikdən sonra kapitanımız ev tapşırıqlarını yerinə yetirməyə imkan vermir. Geri qayıtdıqdan sonra gecə-gündüz oxuyacağam ki boşluğu aradan qaldırım”.
Durarbəyli birinci löhvədə mübarizə aparmasının səbəbini belə açıqlayıb: “Reytinqə görə mən komandada ikinciyəm. Lakin belə qərara alındı ki, ilk lövhədə mübarizə aparım. Çünki güclülərə qarşı yaxşı oynayıram, zəiflərə qarşı pis. Məqsədim mümkün qədər çox xal toplamaqdı. Ən pis halda, güclü şahmatçılarla heç-heçə etməliyəm”.
Qrossmeyster komandasının məqsədi barədə bunları söyləyib: “Reytinqə görə 28-ciyik. İlk “20-lik”də yer almağımız realdı. Amma bu nəticəni uğur yox, uğursuzluq hesab edəcəyəm. Bizim üçün uğur ilk “10-luğ”a düşmək olar”.
Şahmatçımız gələcək planları ilə bağlı yekun qərar qəbul etmədiyini bildirib: “ABŞ-da iqtisadiyyatı öyrənirəm. Gələcək planlarımla bağlı qərar qəbul etməmişəm. Dərslər çox vaxt aparır. Vaxtım olanda şahmatla məşğul oluram. Orada da güclü oyunçular var. Vyetnamın bir nömrəsi mənim otaq yoldaşımdı. Qrossmeysterlər çoxdur. Sent Luis şahmat üçün uğurlu yerdi”.
Vasif Durarbəyli şahmatçılarımızın olimpiadadan öncə ölkə prezidenti İlham Əliyevlə görüşündə yaşanan maraqlı hadisədən də danışıb: “Cənab prezidentlə görüşümüz zamanı sıra mənə çatanda dövlət başçımız soruşdu ki sən də şahmatçısan? Dedim, bəli. İlham Əliyev “Şahmatçıdan çox güləşçiyə oxşayırsan” dedi. Daha əvvəl cüdo ilə məşğul olmuşam. Amma ümidlərim çox tez puç olub. Mozambiklə ilk turdakı görüşdə heç-heçə etdikdən sonra düşündüm ki, cənab prezidentimiz haqlı idi”.
Sonda Durarbəyli ikinci komandamızın kapitanı Emil Sutovski barədə sualı cavablandırıb: “Sutovski neçə ildir bizimlə birgə “Odlar Yurdu”ndan çalışır. Bir-birimizi çox yaxşı tanıyırıq. Qərarları o qəbul edir. Lakin bizim fikirlərimizə də qulaq asır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- AFFA Barış Şimşəklə vidalaşdı
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- Mövsümün bəxtsizi - “Səbail”
-
17:04
“Zirə” Rəhim Sadıxovla yollarını ayırdı
-
16:48
“Pekin-Paris” ralli iştirakçıları Şamaxıdan yürüşə davam ediblər
-
16:11
"Qazaxıstan millisi Azərbaycana qalib gəlməlidir"
-
15:29
Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib
-
14:56
“Qarabağ”ın koordinatoru oğlunun oyunu barədə danışmaq istəmədi
-
14:03
Azərbaycan millisində yeni baş məşqçi
-
13:35
"Zirə" Çantakiasla vidalaşdı
-
12:47
Fransa çempionu olan azərbaycanlı
-
12:22
Azərbaycanda transfer pəncərələrinin vaxtı açıqlandı
-
12:00
“Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
-
11:44
Yığmalarımızın Avropa Kubokunda potensial rəqibləri müəyyənləşib
-
10:51
Vasif Durarbəyli ABŞ-da qalibi oldu
-
10:18
Dünya reytinqi: "Qarabağ" və "Neftçi" gerilədi, "Zirə" irəlilədi
-
10:00
“Albaniya ilə matçda nəticə ürəkaçan olmasa da, millinin oyun qane elədi”
-
09:39
"Cəbrayıl"ın qələbəsi VİDEO
-
09:25
Emin Əmrullayev basketbolçularımızı təbrik edib
-
22:49
Azərbaycanın kişi basketbol millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb
-
22:34
Yunan-Roma güləşçilərimizdən iki qızıl medal
-
22:20
Azərbaycan qadın basketbol millisi təsnifat mərhələsinin qalibi olub
-
22:11
Ali Koç yenidən "Fənərbaxça"nın prezidenti seçildi
-
20:57
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
-
18:49
Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək
-
17:18
"Şamaxı" daha bir futbolçu ilə vidlaşdı
-
16:23
"Zirə" onlarla yollarını ayırdı
-
15:52
Azərbaycanın kişi və qadın basketbol milliləri yarımfinala vəsiqə qazanıb
-
15:36
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib
-
13:07
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
-
12:45
“Millimiz ən azı dördlüyə düşməli idi” - Mütəxəssis rəyi
-
10:24
"Qarabağ"ın qapıçısı Avro-2024 üçün yekun heyətdə
-
09:51
"Qarabağ"ın yarımmüdafiəçisi Kameruna qarşı oynadı
-
09:30
Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər
-
23:54
Murad Məmmədov reytinq turnirinin qalibi oldu
-
21:00
Millimizin heyətində dəyişiklik
-
20:37
Azərbaycanın paraüzgüçüsü Fransada gümüş medal qazanıb
-
20:21
Ardıcıl üçüncü qələbə
-
18:18
Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb
-
16:02
Azərbaycanın amputant millisi Avropa çempionatında 10-cu oldu
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu