8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

İranlı futzalçı: "Azərbaycan millisinin güclü komanda olduğunu bilirik"

"Əvvəllər heç vaxt qarşılaşmasaq da, Azərbaycan millisinin güclü komanda olduğunu bilirik". Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu İranın futzal üzrə milli komandasının üzvü Hüseyn Tayebi Kolumbiyada keçiriləcək dünya çempionatındakı rəqiblərini FİFA-nın rəsmi saytı üçün dəyərləndirərkən deyib.

O bildirib ki, Azərbaycanla oynayacaqları F qrupundakı son qarşılaşmaya da qələbə üçün çıxacaqlar: "Məşqçilər heyətimiz bu komandanın 2 oyununu izləyib. Onlar rəqibin bəzi müsbət cəhətlərini bizə bildiriblər. Amma biz qələbə naminə oynayırıq və bu görüş də istisna olmayacaq".

28 yaşlı futzalçı hədəflərinin yarımfinaladək yüksəlməkdən ibarət olduğunu da əlavə edib.

Qeyd edək ki, İran - Azərbaycan qarşılaşması sentyabrın 18-də keçiriləcək. Bunadək Azərbaycan millisi sentyabrın 12-də Mərakeşlə, sentyabrın 15-də İspaniya ilə üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30