Digər idman növləri
Futzalımızın legionerləri LAYİHƏ
Futbolxeber.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Azərbaycan futzalı: dünən və bu gün - dünya çempionatı ərəfəsində” istiqaməti üzrə silsilə yazıları davam etdirir. Növbəti yazıda legionerlərə toxunacağıq. Hansı ki, son illərdə gəlmələrə daha çox güvənilir. İnsafən, qazanılan az-çox uğurlar da onların hesabına əldə olunub.
ELMAN ƏLƏKBƏROVUN DƏBİ
Ölkəmizdə top qovmuş gəlmələrin təmsil olunduğu ölkələrin coğrafiyası elə də geniş deyil. Əsasən 4 ölkədən - Braziliya, Rusiya, Ukrayna və Gürcüstan “bazar”ına üz tutmuşuq. Bir neçə il əvvəl “Araz” cənubi amerikalılarla çempionluqları sıralayırdısa, iki mövsüm əvvəl “Fənər” Ukrayna yığmasının üzvləriylə çempionatda ciddi rəqabətə nail oldu. Düzdü, yenə birinciliyi “sambaçı”lardan qurulmuş, çempion olduğu mövsümün sonunda fəaliyyətini dayandıran “Xəzər adaları” qazandı. Ancaq son 10-12 ildə ilk dəfə məhz 2014/15 mövsümündə futzal premyer-liqasında ciddi rəqabətə şahidlik etdik. 2004/05 mövsümündən bu yana “Araz” ilk dəfə çempion ola bilmədi. Bu, son illərin mənzərəsidi. Bir qədər də keçmişi araşdıraq...
Ötən yazılardan birində Zaur Axundovun Futzal Federasiyasının başına keçdikdən sonra millimizə legioner axınının başladığını vurğulamışdıq. Heç şübhəsiz, kütləvi milliləşdirilmə, həmçinin, yığmanın 2007-ci ildən (Axundov 2008-də prezident seçilib, ancaq buna qədər o, yığmanın rəisi vəzifəsini icra edib və Andrey Yudini də əsas komandanın “sükanı arxası”na o gətirib) bu yana davamlı olaraq, əcnəbi mütəxəssislərə tapşırılması siyasəti məhz onun adı ilə bağlıdı. Ancaq əcnəbilər ölkəmizə daha əvvəl ayaq açıb. İlk “qaranquş” kim olub, yığmanın ilk milliləşdirilən oyunçusu kim olub, bu barədə danışacağıq. Bəribaşdan qeyd edək ki, bu ənənənin əsasını təcrübəli mütəxəssis, “Turan AİR”lə uğurlara imza atmış, 2003-2004-cü illərdə millini çalışdırmış Elman Ələkbərov qoyub. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində “at oynadan”, üç dəfə (2000/01, 2001/02, 2003/04) ölkə çempionu olan və bir dəfə kuboka (2004) yiyələnən “Turan AİR”in uğurlarında gəlmələrin rolu danılmazdı. Xüsusilə 9-cu çempionatda komandanı “qızıl”a legionerlər daşımışdı. Bir faktı vurğulamaq kifayət edər: 2001/02 mövsümündə çempionatda rəqiblərini 64 dəfə məyus edən “Turan AİR”in 3 legioneri bombardirlər siyahısında yer almışdı.
“TURAN AİR” NİYƏ KÜTLƏVİ LEGİONERLƏŞMƏYƏ ƏL ATDI?
1998/99 mövsümündə 5 komandalı çempionatda sonuncu olmasına rəğmən, növbəti il 11 iştirakçının mübarizəsində 2-ci yeri tutan “Turan AİR” heç cür “Azərneftyanacaq”ın kölgəsindən qurtula bilmirdi. Hər iki birinciliyi “neftçilər” qazanmışdı. Bu da təsadüfi deyildi: rəqibin heyətində Ağatahir Əzimov, Mahir Eyniyev, laysman kimi tanıdığımız İlham Əliyev kimi sərrast qol silahları vardı. Xüsusilə gərgin mübarizəyə səhnə olan 1999/2000 mövsümündə “vuran ayağ”ın nə demək olduğunu Elman Ələkbərov özü üçün bir daha yəqinləşdirdi. Belə ki, sonda həm “Azərneftyanacaq”, həm də “Turan AİR” 51 xal topladı ki, qalib ən çox qol vuran komanda elan olundu. Birincilərin hesabındakı 193 topdan 126-sı az əvvəl adını çəkdiyimiz “üçlüy”ün ayağına yazılmışdı. Ələkbərov növbəti mövsümdə onlardan birinin - Ağatahirin saqqızını “oğurlayıb” “Turan AİR”ə gətirə bildi. Maraqlıdı ki, 2000/01-də də bu iki komanda şərikli lider oldu. Bu dəfə Ələkbərovun komandası top fərqində üstünlüyü ələ ala bildi. Əzimov həmin mövsümdə 33 dəfə fərqlənsə də, “Azərneftyanacağ”ın “susmaq bilməyən silah”ı Mahir Eyniyevi 59 qolla çempionatın bombardiri olmuşdu.
Bu çempionluğun ardından Elman Ələkbərov komandada köklü dəyişikliyə əl ataraq, legioner gətirməyə qərar verdi. “Qalib heyəti dəyişməzlər” deyimini nəzərə alsaq, komandadakı ciddi dəyişiklik məntiqsiz görünə bilər. Ancaq məhz 2001-ci ildən klublarımızın UEFA kubokunda iştirakına icazə verildi ki, bu missiyanı Elman Ələkbərovun “Turan AİR”i yerinə yetirdi. Təcrübəli mütəxəssis də məhz qitə kuboku üçün komandaya legionerlərin cəlb olunmasını məqsədəuyğun saydı. Təmsilçimiz İtaliyanın paytaxtı Romaya yenilənmiş heyətlə yollandı. Beləliklə, çempionatımıza əcnəbilərin “ayağı açıldı”. 2001-ci ildə “Turan AİR” birdən-birə 7 legioner dəvət etdi ki, gələnlər Rusiyadan idi: Maksim Bodrenko, Sergey Toçilin, Konstantin Duşkeviç, Marat Abyanov, Konstantin Qusev, Roman Sultanov və Andrey Yudin. Bir sözlə, bu 7 futzalçı Azərbaycanda top qovan ilk əcnəbilər olub.
Bir haşiyəyə çıxaq. 1996-1998-ci illərdə Azərbaycan çempionatında top qovmuş Oleq Zemtsov ad-soyadı oxucuları çaşdırmamalıdı. Zemtsov Bakı rusu (Vitali Borisov, Maksim Medvedov nümunəsi) olub və hətta AÇ-99-un seçmə oyunlarında yığmamızın şərəfini də qoruyub. İstedadlı futzalçı sonradan, hərbi xidmətdə olduğu vaxt karyerasını böyük futbolda davam etdirməyə qərar verib, ancaq HHQ-də ciddi zədələ alıb və nəinki futbol, futzalla da vidalaşıb.
“Turan AİR”in ardından AMMK ilə “Viləş” də ölkə xaricindən - yaxın Gürcüstandan legioner gətirib. Ölkəmizi UEFA kubokunda təmsil etmiş AMMK Aleksandr Dzabiradzeni, Masallı təmsilçisi Kaxaber Dzebiaşvilini sıralarına qatıb. Rəqiblərinin onun yoluyla getdiyini görən, eləcə də ruslarla UEFA kubokunda ilkin seçmə mərhələdə mübarizəni dayandırdığı üçün daha güclü “bazar” axtaran “Turan AİR” 2002-də cənubi Amerikadan, konkret, Braziliyadan Başo, Dado, Robo və Pneunu gətirib.
MİLLİMİZİN İLK ƏCNƏBİSİ KİM OLUB?
Futzal yığmamız Azərbaycan pasportu verdiyi əcnəbilərindən ilk dəfə AÇ-2003-də yararlanıb. Buna qədər 2 DÇ və 3 AÇ-də sırf azərbaycanlı futzalçıların xidmətindən istifadə olunub. Seçmə oyunlarına Portuqaliyanın ev sahibliyi etdiyi AÇ-2003-də komandaya Fazil Qarayev başçılıq etsə də, yığmada da “Elman Ələkbərov izi” hiss olunub. Belə ki, 2002-ci ilin payızında “Turan AİR”ə UEFA kubokunda kömək edən 6 legionerdən (Konstantin Qusev, Dado, Başo, Pneu, Sergey Bayenko, Robo) 3-nə milli pasport verilib. Söhbət Qusev, Pneu və Dadodan gedir. Araşdırmamız sayəsində “üçlük”dən ilk olaraq, Dadonun milliləşdirildiyini dəqiqləşdirdik. Elə milli formada ilk dəfə meydana ayaq basan da o olub. Oktyabrda yığmanı Portuqaliyada seçmə oyunlar gözləyirdi ki, qrupdakı rəqiblər meydan sahibləri ilə yanaşı, Belarus və Gürcüstan olub. Buna qədər İspaniyada 24 günlük təlim-məşq toplanışı baş tutub. Qarayev qrupun favoriti olan Portuqaliyanın üslubunda oynayan rəqiblə sınaq matçlarının keçirilməsini lazım bilib. Beləliklə, komandamız İspaniya ilə 2 yoldaşlıq görüşü keçirib. İlk matçda 3:4 uduzan yığmanın qapısını İlqar Abdulov qoruduğundan, Qusevin debütü bir gün sonrakı görüşə təsadüf edib. Dado və Pneu isə ilk oyunun iştirakçısı olublar, ancaq ilk “5-lik”də Dado yer alıb. Beləliklə, yığmamızda ilk debüt edən futbolçu kimi məhz o tarixə düşüb. Azərbaycan pasportu indi də Elman Ələkbərovun seyfində qalan Dado...
AÇ VƏ DÇ-LƏRDƏ OYNAMIŞ “MİLLİ ƏCNƏBİLƏR”
Dado
Pneu
Konstantin Qusev
Andrey Tveryankin
Murad Xaybullayev
Andre Kampos
Sici
Biro Jade
Rene Noronya
Junior
Edegleus
Luis Serjao
Tyaqo Rodriges
Sergey Çuykov
Felipe Ribeyro
Auqusto Sezar
Jadder Dantas
Learsio Buranello
Amadeu Fernandes
Rafael Durval
Eduardo Borges
Conatan Luis
Fineo Araujo
Tyaqo Teles
Fabio Poletto
Everton Kardoso
Villams do Nasimento
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi