29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Bakı Olimpiadanın açılış mərasiminə hazırlıq davam edir

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq davam edir. Futbolxeber.az saytının məlumatına görə, artıq tədbirin ssenarisi təsdiqlənib və mərasimin məşqlərinə başlanılıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyilə tədbirin hazırlıq işləri həlledici mərhələyə çatıb.

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, mərasimin tərtibatçısı ukraynalı rejissor Knış Viktor Nikolayeviçdir. Yaradıcı heyətə Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, RAST Prodakşının rəhbəri, Azərbaycan Respublikasının əməkdar artisti Rəşad Haşımov dəvət olunub.

Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19-da başlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31