Digər idman növləri
“1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir”
Azərbaycan Milli Avarçəkmə Federasiyası fəaliyyətə başlamasının 10 ili ərəfəsində növbəti tarixi nailiyyətə imza atıb. Futbolxeber.az saytının məlumatına görə, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə kanoeçi Valentin Demyanenko gümüş, kayakçı İnna Osipenko-Radomskaya bürünc medal qazanıb. Bu nailiyyətlər ilk dəfə yeni növlərdə qazanılıb.
Əldə olunan nailiyyətləri ilk gündən Rio-de-Janeyroda idmançılarımıza dəstək olan AMAF prezidenti Elçin Zeynalov federasiyanın mətbuat xidmətində müsahibəsində belə dəyərləndirib:
- İlk növbədə, idmançılarımıza dəstək olan azarkeşlərə minnətdarlığımı bildirirəm. Avarçəkmə növləri üzrə 1 gümüş, 1 bürünc medal - çox gözəl, gözlənilməz və tarixi nəticədir. Ümumiyyətlə, məndən tez-tez proqnozlarımı və onun həyata-keçib-keçmədiyini soruşurlar. Mənim cavabım belədir: Olimpiya Oyunları üçün proqnoz vermək doğru deyil. Çünki olimpiadalarda gözlənilməz hallar tez-tez baş verir. Elə götürək bugünkü final yürüşünü. "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanmış litvalı Henrikas Justautas bu dəfə heç əsas finala belə yüksələ bilmədi. Braziliyalı kanoeçi İsakias Keyruş Dos Santos gözlənilmədən bürünc mükafatçı oldu, gözəl nəticə göstərdi. İkiqat dünya çempionu Andrey Kraytor medalsız qaldı. Yəni, olimpiada çox gözəl, mürəkkəb mübarizənin getdiyi Oyunlardır. Bura bütün idmançılar medal üçün gəlir və hamısı qızıl medal arzulayırlar. Çox şadam ki, biz XXXI Yay Olimpiya Oyunlarında 2 medal qazandıq.
- 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun olimpiya çempionu ola bilməməsini, İnna Osipenko-Radomskayanın şah məsafəsi sayılan 500 metr məsafəyə final yürüşündə sonuncu yeri tutmasını nə ilə əlaqələndirmək olar?
- Təbii ki, təhlillər aparılacaq. Amma məncə, ilk anlarda yalnız sevinc hisslərini bölüşmək lazımdır.
- Sizcə, qazanılan medallar Azərbaycanda avarçəkmə növlərinin infrastrukturunun, maddi-texniki bazasının inkişafına təkan olacaqmı?
- Azərbaycanda avarçəkənlər üçün çox gözəl şərait Mingəçevirdəki "Kür" Olimpiya Təlim-Tədris Bazasında yaradılıb. Rusiya telekanalının şərhçisi də bunu bir neçə dəfə vurğuladı. Amma şübhəsiz ki, bir baza ilə avarçəkmə növlərinin inkişafı haqda danışmaq çətin olar. Biz bu idman növünün intensiv inkişafını istəyiriksə, Bakıda bir neçə bazamız olmalıdır. 3 milyon əhaliyə malik şəhərdə avarçəkmə bazası olmaya bilməz. Çox ümid edirəm ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanılan medallar həm avarçəkmə növlərinə marağı daha da artıracaq, həm də gələcəkdə paytaxtımızda bazaların salınmasına və bu növün inkişafına təkan olacaq.
- İlk günlərdən olimpiadanı izləyirsiniz. Demyanenko Azərbaycan olimpiyaçıları adına 10-cu medalı təmin etdi. Artıq 11 medal qazanılıb və "London-2012"dəki rekord yenilənib. Ümumiyyətlə, idmançılarımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Azərbaycan yığması gözlənilməz və çox gözəl nəticələr göstərir. Artıq 11 medalımız var. Əvvəlki olimpiadalarla müqayisədə gümüş medalların sayı çoxalaraq, 4-ə çatıb. Ən əsası, bu olimpiadada daha çox - 18 növdə təmsil olunduğumuz kimi, daha çox – 5 növdə də medal qazanmışıq. Cüdo, güləş və boksla yanaşı, ilk dəfə taekvondo və kayak-kanoedə də medallar əldə etmişik. Bunlar Azərbaycanda idmanın inkişafının, idmana olan diqqətin ən yüksək səviyyədə təzahürü, nümayişidir. Bəli, qızıl gözləyirik. Bəli, bizim kimi 150-dən artıq ölkə qızıl medal intizarındadır. İnşallah, bu da olacaq. Əlbəttə, ənənəvi növlərdə yenə medallar qazanılmalıdır və qazanılmaqdadır. Amma ən vacib məsələ Azərbaycanda idmanın inkişafı, idman növlərinin inkişaf coğrafiyasının genişləndirilməsidir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”