9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

Rio-2016-da uğurla çıxış edən cüdoçularımız Vətənə qayıdıb

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar. Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər iştirak ediblər.

Milli musiqi sədaları altında təşkil olunan mərasimdə cüdoçulara gül dəstələri təqdim olunub.

Son 10 ayın gərgin məşq prosesləri ilə keçdiyini bildirəm Elmar Qasımov mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. “Rio-2016”nın gümüş mükafatçısı deyib: “Braziliyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Buna baxmayaraq üçrəngli bayrağımızı Rioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir”.

On gün istirahətdən sonra yenidən məşq prosesinə start verəcəyini bildirən Rüstəm Orucov növbəti hədəfinin gələn il Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları olacağını söyləyib. “Keçirdiyim dörd görüşdə asanlıqla qələbə qazandım. Ən çətin görüşüm yaponiyalı rəqibə qarşı final oyunu oldu. Qazandığım nailiyyətə görə, öz şəxsi məşqçimə təşəkkürümü bildirirəm”, - deyə cüdoçumuz vurğulayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30