29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Teymur Məmmədov: “Vətənə Olimpiya çempionu kimi qayıtmağa çalışacağam”

“Vətənə Olimpiya çempionu olaraq qayıtmağa çalışacağam. Olimpiadaya qələbə ilə başladığıma görə çox sevinirəm”. Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarında 81 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz, millimizin bayraqdarı Teymur Məmmədov deyib.

“İlk döyüş həmişə çətin olur. Həm də Ukrayna idmançısı zəif rəqib deyildi. Söz verirəm, döyüşdən-döyüşə daha yaxşı nəticə göstərəcəyəm. Paradda doğma Azərbaycanımızın bayrağını aparmaq mənim üçün çox böyük şərəf oldu. Mən bayrağımızdan güc aldım. Bəzən deyirlər bayrağı daşımaq və ümumiyyətlə, açılış paradında stadionda saatlarla ayaq üstə qalmaq fiziki yorğunluq yaradır və yarış zamanı təsirini göstərir. Lakin tam səmimiyyətlə deyirəm ki, açılışda bayrağı aparmaq Olimpiadaya qələbə ilə başlamaq üçün mənə əlavə güc verdi. Bugünkü qələbəm isə qarşıdakı döyüşlərdə daha əzmkar mübarizə aparmağa stimul oldu. İnanıram ki, növbəti döyüşlərdə daha böyük qüvvə ilə döyüşəcəyəm və finaladək yüksəlib çempion olacağam. Mən Londonda qazandığım bürüncü burada qızıla çevirmək istəyirəm”, - deyə T.Məmmədov bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31