29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Rio-2016: Olimpiada tarixində ilk - ana və oğul birlikdə yarışacaqlar

Rio-2016 Yay Olimpiya Oyunları tarixi olaya şahidlik edəcək. Futbolxeber.az saytının məlumatına görə, möhtəşəm yarışın tarixində ilk dəfə ana və oğul birlikdə çıxış edəcəklər.

Belə ki, Gürcüstan millisinin xanım snayperi Nina Salukvadze və oğlu Tsotne Maçavariani ölkələrini birlikdə təmsil edəcəklər. Onlar pnevmatik tapançadan atəş açma yarışlarında qüvvələrini sınayacaqlar.

18 yaşlı Maçavariani ilk dəfədi ki, olimpiya oyunlarında iştirak edir. Onun anası 47 yaşlı Nino isə 8-ci dəfə planetin ən mötəbər yarışında Gürcüstanı təmsil edir. O, indiyə qədər olimpiya oyunlarında bütün əyarlı medalları qazanıb.

Bu tarixi hadisə ilə bağlı açıqlama verən xanım snayper özündən daha çox oğlu üçün gərginlik keçirdiyini deyib: “Mən burda oğlumla birlikdə çıxış etməkdən çox qürur duyuram. İnanın ki, özümdən daha çox onun üçün gərginlik keçirirəm. Mən onun həm məşqçisi, həm də komanda yoldaşıyam” (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31