8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Rio Olimpiya Kəndində Azərbaycan bayrağı avqustun 3-də qaldırılacaq

Azərbaycanın Olimpiya millisi avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək. Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov iyulun 25-də keçirdiyi mətbuat konfransında açıqlama verib.

Nazir deyib ki, komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq. Bir gün sonra Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlama və üçrəngli bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq.

Azad Rəhimov qeyd edib ki, komandamız böyük tərkibli heyətlərə daxildir. Ölkəmiz Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunacaq.

Nazir diqqətə çatdırıb ki, millimiz Olimpiya Kəndində Portuqaliya və Slovakiya yığmaları ilə eyni binada məskunlaşacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30