29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

“Synergy Baku”nun üzvü Rumıniyada 1-ci oldu

Rumıniyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Sibiu” Velosiped Turu sona yaxınlaşmaq üzrədir. Futbolxeber.az saytının məlumatına görə, yarışın dağa fərdi ötüşmə üzrə 6,8 km-lik 3-cü mərhələsi “Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə yadda qalıb. Məsafəni 16 dəqiqə, 21 saniyəyə qət edən velosipedçimiz bununla da ən yaxın izləyicisi, İtaliyanın “Androni Giocattoli” pro-kontinental komandasının üzvü Alesio Talianini 6 saniyə qabaqlamaqla mərhələnin qalibi olub.

Bu mərhələdəki uğurlu çıxışı sayəsində “Synergy Baku”nun üzvü ən yaxşı dağ velosipedçilərinin mübarizəsində 3-cü yerə yüksəlib. 19 komandanın iştirak etdiyi “Sibiu” turuna sabah yekun vurulacaq. Qeyd edək ki, yarışda komandamız 5 velosipedçi - Elçin Əsədov, Matiya Kvasina, Kiril Pozdnyakov, Matey Müqerli və Yosip Rumaçla təmsil olunur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31