8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

“Qəbələ”nin daha bir üzvü Rio Olimpiadasına lisenziya qazandı

“Qəbələ” İdman Klubunun daha bir idmançısı Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Futbolxeber.az saytının məlumatına görə, Kamran Şahsuvarlı buna Bakıda keçirilən boks üzrə Dünya Olimpiya Təsnifat Turnirində nail olub.

75 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz 1/4 finalda uduzsa da, onun uduzduğu Maykl Oreylli yarışın qalibi olduğundan Kamran 5-ci pilləni tutub. Bu da ona ilk “beşliy”in Rioya vəsiqə qazandığı çəki dərəcəsində Olimpiadada çıxış etmək hüququ verib.

Xatırladaq ki, Şahsuvarlıya qədər boksçu Lorenzo Sotomayor və cüdoçu Uşangi Kokauri Rioda mübarizə aparacaq Azərbaycan millisinin heyətində “Qəbələ”ni təmsil etmək hüququ qazanıb.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30