8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Avropa çempionatında gimnastlarımıza qarşı böyük haqsızlıq

QAYDALAR ONLARI “POZMAQ” ÜÇÜN YAZILIB?

İsrailin Holon şəhərində bədii gimnastika üzrə Avropa çempionatına start verilib. Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan gimnastları 37 ölkənin iştirak etdiyi mötəbər yarışa uğurla başlayıb. Günün ilk yarısında yuniorlar arasında çıxış edən gimnastlarımız Veronika Qudis və İlahə Məmmədova müvafiq olaraq ip və halqayla kompozisiyada  həlledici mərhələyə vəsiqə qazandı.

Günün ikinci yarısında qrup hərəkətləri üzrə komandamız xalça üzərinə çıxdı. Lentlə kompozisiyanın öhdəsindən gələn Azərbaycan yığması bazar günü keçiriləcək final mərhələsində iştirak imkanı əldə etdi.

Təəssüf ki, millimizin halqa və gürzlə kompozisiyasında kuryoz hadisə baş verdi. Təsəvvür edin, gimnastlarımızın çıxışı zamanı kompozisiyanı müşaiyət edən musiqi texniki problemlər səbəbindən yarımçıq dayandı.

Hadisədən dərhal sonra Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva musiqinin yarımçıq dayandırılmasına etiraz etdi. Texniki Komitə əvvəlcə etirazı qəbul edərək Azərbaycan gimnastlarının kompozisiyanı yenidən yerinə yetirəcəyini bildirdi. Qrup hərəkətləri üzrə yığma xalçaya çıxmağa hazırlaşdığı zaman Texniki Komitənin rəhbəri yenidən çıxış etməyin mümkünsüz olduğunu bəyan etdi.

Müəyyən araşdırma aparmaqla Beynəlxalq Gimnastika Federasiyasının rəsmi saytında yerləşdirilən qaydaları əldə etdik. 1.5.2 maddədə deyilir: “Təşkilatçılar tərəfindən fors major hallar baş verərsə (işığın sönməsi, musiqi avandanlığının nasazlığı) gimnastaqrupa hərəkətlərini yenidən nümayiş etdirməyə icazə verilir”.

Belə çıxır ki, qaydalar onları “pozmaq” üçün yazılıb?




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30