9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

İlham Əliyev “Formula One Management”in prezidentini qəbul edib

Azərbaycan presidenti İlham Əliyev bu gün “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib. APA-nın məlumatına görə, B. Ekklstoun Formula-1 yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

O, bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb. B. Ekklstoun Azərbaycanın “Formula-1” ailəsinə daxil olmasından məmnun qaldığını deyib.

Beynəlxalq tədbirlərin təşkili baxımından ölkəmizin yaxşı təcrübəyə malik olduğunu deyən dövlət başçısı “Formula-1” yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu bildirib. Prezident yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan “Formula-1”in keçirilməsi münasibətilə əhali arasında yüksək əhval-ruhiyyənin olduğunu vurğulayıb.

"Biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq" deyən dövlət başçısı bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edib, son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib.

“Formula-1” yarışının əhəmiyyətinə toxunan prezident Azərbaycana daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, ölkənin digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır.

O, “Formula-1” yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.

Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30