29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

“Sabunçu Gənclər Evi”ndə növbəti şahmat sınağı

“Sabunçu Gənclər Evi”ndə ölkəmizin əlamətdar günləri ilə bağlı şahmat turnirlərinin keçirilməsi artıq ənənə halını alıb. Futbolxeber.az saytının məlumatına görə, bu qəbildən olan və yaxın günlərdə keçirilən növbəti şahmat üzrə tempo turniri Milli Qurtuluş Gününə həsr olunub. Turnirdə bir sıra ixtisaslaşmış şahmat məktəblərinin, habelə orta məktəblərin balaca zəka sahibləri mübarizə aparıblar. “Sabunçu Gənclər Evi”nin şahmat dərnəyinin müəllimi Araz Babayev hakimliyi ilə təşkil olunan turnir çox əzmkar ve gərgin mübarizə şəraitində keçib. Turnirdə 1-ci yeri "Suraxani Gənclər Evi"nin yetirməsi olan Musa Bayramov, 2-ci yeri "Sabunçu Gənclər Evi"nin şahmatçısı Emil Sailov, 3-cü yeri isə "Suraxani Gənclər Evi"nin təmsilçisi olan Ramil Əsgərov qazanıblar. Bundan başqa ayrı-ayrı yaş qrupları və dərəcələr üzrə də qalib olmuş yariş iştirakçıları müvafiq diplom və mükafatlarla təltif olunublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31