8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan millisi Qəbələdə hazırlığa başlayır

Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan şahmatçıları intensiv məşqlərə başlayır. Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov ölkəmizin kişi şahmatçılardan ibarət əsas komandasını qəbul edib. Görüşdə paytaxtımızın ev sahibliyi edəcəyi Bakı Şahmat Olimpiadasına milli komandanın hazırlıq planından söhbət açılıb. AŞF-nin prezidenti Elman Rüstəmov mötəbər yarışa hazırlıq üçün şahmatçılara lazımi şəraitin yaradılacağını söyləyib. Federasiya rəhbəri qeyd edib ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi xalqımızı daim qələbələrlə sevindirib. Bildirilib ki, Ümumdünya Şahmat Olimpiadasında da komandaya böyük ümid bəslənilir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənovun iştirak etdiyi görüşdən sonra kişi şahmatçılardan ibarət Azərbaycan millisi  - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç, Eltac Səfərli və Rauf Məmmədov təlim-məşq toplanışında iştirak etmək üçün Qəbələyə yollanıb.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti xəbər verir ki, kişi şahmatçılardan ibarət əsas milli komanda mötəbər yarışa hazırlıq çərçivəsində 3 təlim-məşq toplanışında iştirak edəcək. İlk hazırlıq mərhələsi Qəbələdən başlayır. Burada Azərbaycan millisi fransız qrossmeyster Etyen Bakronun rəhbərliyi altında məşq edəcək.  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30