8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Rauf Məmmədov: "Şəmkirdə ən yaxşı oyunumu bu gün göstərdim"

Şəmkirdə təşkil olunan Vüqar Həşimovun xatirə turnirinin VII turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hindistan təmsilçisi Pentala Harikrişnayla xalı yarı bölüb. Futbolxeber.az saytının məlumatına görə, pPartiyadan sonra keçirilən mətbuat konfransında Rauf Məmmədov qələbəni əldən buraxdığını etiraf edib: "Partiya çox gərgin alındı. Oyundan sonra gördüm ki, qələbə qazanmaq imkanı var idi. Amma lazımi gedişləri görmədim. İndi artıq təəssüflənməyə dəyməz. Qələbə qazansaydım çox sevinərdim. Şəmkirdə hələlik ən yaxşı oyunumu bu gün göstərdim. Fabiano Karuanaya qarşı da yaxşı mübarizə sərgiləmişdim. Lakin məğlub olmuşdum. Əsas amillərdən biri nəticədir. Bu gün yaxşı oynadım, amma qələbəni əldən buraxdım".

Pentala Harikrişna isə heç-heçədən razı olduğunu bildirib: "Rauf çox yaxşı başladı. Qara fiqurlarla oynamasına baxmayaraq səhv etmədi. Sözsüz ki, bu amil oyunumu çətinləşdirdi. Qələbə qazanmaq imkanı az da olsa var idi. Lakin gedişləri düzgün görmədi. Heç-heçədən razıyam. Çünki, öz oyunumu göstərə bilmədim".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30