Digər idman növləri
Şəhriyar Məmmədyarov: "Azərbaycandakı yarışlarda ancaq reytinq itirmişəm"
ŞəmkirChess2016 superturnirində ilk qələbəsini qazanan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Ukrayna təmsilçisi Pavel Elyanov üzərində qələbədən sonra turnirin mətbuat xidmətinə müsahibə verib.
- 1 gün əvvəlki məğlubiyyətdən sonra biz fərqli Şəhriyarı gördük. Nə baş verdi?
- Dünən özümü tanımadım. Pentala Harikrişnayla oyun çox pis alındı. Əslində bərabər oyun gedirdi. Sadəcə risk etdim. Çünki, qələbə qazanmaq istəyirdim. Nəticədə rəqib istədiyim gedişi etmədi. Artıq geriyə yol yox idi. Ona görə məğlub oldum. Halbuki məğlubiyyətə layiq deyildim. Bilmirəm nədən belə alındı. Heç özümə bənzəmirdim. Bu gün Elyanova qarşı məqsəd yalnız qələbə idi.
- Pavel Elyanovla görüşdə heç-heçə təklif edə bilərdin. Amma qələbəyə qədər oyunu davam etdin...
- Yaxşı hazırlaşmışdım. Rəqibi də yaxşı tanıyırdım. Təklif etdiyim oyuna getdi. Bu mənada çox maraqlı oyun davam etdi. Üstünlük aşkar görünməsə də qələbə qazanmağın yollarını axtarırdım. Sevinirəm ki, Şəmkirdə ilk qələbəmi qazandım. Bu turnirdəki növbəti oyunlarda mənə böyük kömək olacaq.
- Hər zaman deyirdin ki, doğma divarlar arasında oynaya bilmirsən. Bu fikirlər hələ də razısan?
- Azərbaycanda keçirilən turnirlərdə oyunum bəzən alınmır. Son 4 ildə keçirilən yarışlarda ancaq reytinq itirmişəm. İstədiyim oyunu göstərə bilmirəm. Səbəbi mənə məlum deyil. Hərdən deyirəm ki, camaat nə deyəcək? Mən hər oyunda qələbə qazanmaq istəyirəm. Dünənki oyundan sonra Elyanovla partiyada ancaq uğur qazanmaq istəyirdim. Dedim risk etsəm alınmasa, tamaşaçılar deyəcək hər il gəlirlər uduzub gedirlər. Belə olmaz axı.
- Şəmkirdə Azərbaycan şahmatçıları qalib ola bilər?
- Əlbəttə, niyə də olmasın. Sadəcə düzgün və dəqiq oynamaq lazımdır. Bu gün Şəmkirdə kifayət qədər güclü şahmatçılarımız çıxış edir.
- Hansı şahmatçını Şəmkirdə görmək istəyərdin?
- Maqnus Karlsen bu il gələ bilmədi. Ammaq Vladimir Kramnik və ya Vişvanatan Anandı burada görmək istəyərdim. Onlara qarşı oynamaq hər zaman maraqlıdır. Çox güclü olmaqlarına baxmayaraq belə rəqiblər istənilən turniri güclü yarışa çevirir.
- Elyanovla qələbə qazanandan sonra axşam necə dincələcəksən?
- Oteldə Çempionlar Liqasının finalına baxacam. Finalda "Atletiko"nun "Real"a qalib gəlməsini istəyirəm. Çünki, "Barselona" fanatıyam. Onlar kataloniyalılara qalib gəldi, heç olmasa kral klubunun çempion olmasına imkan verməsinlər.
- Bakı Şahmat Olimpiadasına hazırlıq planı təsdiqlənib. İlk hazırlıq Qəbələdən başlayacaq. Bu barədə nə düşünürsən?
- Fikrimcə biz Şəmkirdəki yarışdan sonra mütləq sürətli hazırlığa başlamalıyıq. İlk hazırlıq Qəbələdə olacaq. Fikrimcə bir qədər gecikirik. Təlim-məşq toplanışında ciddi işləməliyik. Millidə əhval çox yüksəkdir. Məsuliyyəti dərk edirik. Ona görə Bakı Şahmat Olimpiadasında yaxşı nəticə qazanmaq üçün mübarizə aparacayıq. Potensialımız yüksəkdir. Rəqiblərimizi unutmamalıyıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”